Xəbərlər
Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və təhsil müəssisəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycan nümayəndə heyəti, o cümlədən elm və təhsil nazirinin müavini İdris İsayev iştirak edib. Tədbirlərdə Heydər Əliyevin zəngin irsi, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı tarixi xidmətləri və məktəbin iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsindəki rolu vurğulanıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23463-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz
Ətraflı“Rəqəmsal məktəb”də süni intellektin öyrənilməsi üçün yeni imkan Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində “Rəqəmsal məktəb” platformasına "Neyron.ai" inteqrasiya edilib. Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" interaktiv süni intellekt öyrənmə platformasıdır. Platformaya daxil olmaq üçün şagird və müəllimlər “Rəqəmsal məktəb”də şəxsi kabinetlərinin “Tətbiqlər” bölməsindən “Neyron AI” bölməsini seçməlidirlər. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23462-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #TSİİ #RəqəmsalMəktəb #NeyronAI
ƏtraflıDövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır 5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək. İmtahanın keçiriləcəyi vaxt və yer barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini qiymətləndirmək, peşəkar inkişaflarına dəstək göstərmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir. Bütün iştirakçılara uğurlar arzulayırıq! Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23461-1 #ElmVəTəhsilNazirliyi #MÜTDA #MəktəbəqədərTəhsil #Sertifikatlaşdırma
Ətraflı