• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəb liderliyi” proqramının I çağırışının bağlanış mərasimi

Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən birgə icra olunan “Məktəb liderliyi” proqramının I çağırışının bağlanış mərasimi keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADPU-nun rektoru Cəfər Cəfərov, nazirliyin və universitetin müvafiq struktur bölmə rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ADPU-nun tələbələrindən ibarət xor ansamblının ifasında Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Açılış nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov qeyd edib ki, “Məktəb liderliyi” proqramı ümumi təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşma və təcrübələrin tətbiqinə dair ilk əhatəli proqramdır. Cəfər Cəfərov diqqətə çatdırıb ki, sözügedən proqram bu sahədə çalışanlar üçün informal və qısamüddətli təhsil imkanı yaradan unikal platformadır. 


ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəb liderliyi” proqramı çərçivəsində görülən işlərə dair qısa təqdimatla çıxış edib. 

Məlumat verilib ki, bu gün proqramdan məzun olan iştirakçıların 30 faizə qədəri müxtəlif ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışırlar. Hazırda icra olunan II çağırış üzrə isə 845 nəfər imtahan mərhələsində iştirak edib. Proqrama böyük marağı nəzərə alaraq yaxın zamanda 100 nəfər regional, 50 nəfər Bakı, Sumqayıt və Abşeron üzrə olmaqla ümumilikdə 150 nəfərin II çağırışa seçilməsi nəzərdə tutulur.


Təqdimatdan sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib.


Türkiyənin Başkənd Universitetinin Təhsil İnstitutunun direktoru, “Məktəb liderliyi” proqramında “Məktəb idarəetməsi və  liderlik” modulunun müəllimi Sərvət Özdəmir bu proqramın icrasını Azərbaycan təhsili üçün olduqca önəmli addımlardan biri kimi dəyərləndirərək son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirib.


Daha sonra proqramın məzunları öz təəssüratlarını bölüşüblər. 


Təltifetmə mərasimində proqramın modullar üzrə müəllimlərinə və məzunlara plaket, həmçinin sertifikatlar təqdim olunub. 


Sonda xatirə şəkli çəkdirilib.


1 il əvvəl