• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Heydər Əliyev və müasir türk dünyası" adlı beynəlxalq elmi-praktiki konfrans

Mayın 2-də Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və müasir türk dünyası" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlər, ictimai-siyasi xadimlər, eləcə də respublikamızın tanınmış ziyalılarının iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu və türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunub.

Konfransın Təşkilat Komitəsinin sədri və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev giriş nitqi ilə çıxış edib.

Tədbirdə həmçinin elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili Ziyad Səmədzadə, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, Özbəkistanın Qəhrəman Ali Məclisinin senatoru Sodiqjon Turdiyev və digərləri çıxış ediblər.

Konfransda Azərbaycanın türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib.

Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.


1 il əvvəl