Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir
Mədəniyyət və Elm və Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının birinci mərhələsinə respublika üzrə ümumilikdə 120 müəssisədə start verilib.
Üç turdan ibarət, 21 nominasiyada 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı qatılıb.
Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi isə iyun-avqust aylarını əhatə edəcək. İkinci mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər. Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək.
Qeyd edək ki, festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala evsahibliyi hüququ qazanacaq.
Festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az/az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az/) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az/#main) rəsmi internet səhifələri üzərindən, +994 050 288 01 47 mobil, 147 qısa nömrələri ilə əlaqə yaratmaqla, həmçinin festivalın rəsmi internet saytı (https://uif.az/) və aşağıda göstərilmiş sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
https://www.facebook.com/uif.az/;
https://www.instagram.com/uif.az/;
https://www.youtube.com/@uif_az/;
tiktok.com/@uif.az
3 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
