Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçirilib

Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçirilib.    Konsertdə məktəblilər ulu öndərin ən sevdiyi mahnıları səsləndirib, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdiriblər.   Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri çıxış ediblər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunub.   Konsertdə millət vəkilləri və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, Vətən müharibəsi şəhid övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.

ADA və Corc Vaşinqton universitetləri arasında əməkdaşlıq genişlənir

Görüşdə giriş nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı istiqamətindəki ilkin əməkdaşlıq proqramın uğurlu icrası və tərəfdaşların dəstəyi nəticəsində genişlənir. İndiyədək tələbələrdən ibarət 6 fərqli qrupun ikili diplom proqramına qəbul edildiyini deyən rektor qeyd edib ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə yeni "4+1" əməkdaşlıq formatına keçid edir. Bu format tələblərə ADA Universitetindən bakalavr, Corc Vaşinqton Universitetindən isə magistr diplomu almaq fürsəti verəcək.   Görüşdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının yerli kadr hazırlığına fayda verdiyini vurğulayıb. Nazir əlavə edib ki, ikili diplom proqramları rəqabətədavamlı gənclər yetişdirməklə yanaşı, həm də müəllimlərin peşəkarlığının artırılmasına, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə və universitetlərin inkişafına səbəb olmaqdadır.    ADA Universitetinin İnformasiya texnologiyaları və  mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov ikili diplom proqramının icrasına dair nəticələri paylaşıb.   Qlobal əməkdaşlığın genişləndirilməsinin Corc Vaşinqton Universiteti üçün əhəmiyyətindən bəhs edən dekan Con Lak ADA Universitetinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.    Corc Vaşinqton Universitetini təmsil edən digər nümayəndələr də öz növbələrində bildiriblər ki, ikili diplom proqramları universitet – sənaye tərəfdaşlığını gücləndirir, beynəlxalq təcrübə mübadiləsini dəstəkləyir. Çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, həmçinin BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikili diplom proqramlarının icrası ilə bağlı tövsiyələrini bölüşüblər.

Prezident Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.   Dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verildi.   Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.   Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.   Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu.   https://president.az

Yerdəyişmə üzrə növbəti vakansiya seçiminin nəticələri

28 aprel - 2 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.   Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.   Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Müəllimlərlə bağlı texniki yardım layihəsi yekunlaşıb

“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi çərçivəsində təhvil-təslim mərasimi baş tutub. Layihə  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilib.    Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Koreya Respublikasının ölkəmizdə  fövqəladə və səlahiyyətli səfiri Li İn Yonq və digər rəsmilər iştirak ediblər.    Tədbirdə çıxış edən nazir müavini Həsən Həsənli  Azərbaycan və Koreya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişafını qeyd edərək bu istiqamətdə təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.    Müvafiq layihə çərçivəsində Koreya təcrübəsi üzrə Azərbaycan dilində müəllimlərin ixtisasartırma proqramının ilk milli elektron məzmununun hazırlandığını qeyd edən nazir müavini öyrədici təhsil resurslarının hazırlanmasının zəruriliyini bildirib.     Daha sonra çıxış edən səfir Li İn Yonq  qeyd edib ki, adıçəkilən texniki yardım layihəsi  Koreya ilə Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlığı əks etdirir. Səfir Koreya Respublikasının təhsil sahəsində ölkəmizlə mövcud əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.    Qeyd edək ki, layihənin məqsədi təhsil işçilərinin peşəkar inkişafına dəstək üçün elektron öyrənmə portalının yaradılması, videoçəkilişlər üçün studiyanın qurulması, Azərbaycan dilində milli elektron məzmunların yaradılması mexanizminin formalaşması olub.     

“Heydər Əliyev və Milli Kitabxana” kitabının təqdimat mərasimi olub

Mayın 4-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdirdiyi “Heydər Əliyev və Milli Kitabxana” kitabının təqdimat mərasimi keçirilib.    Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasında miniatür kitablarla bağlı sərginin açılışında, həmçinin “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimindəki çıxışı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.    Tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ulu öndərin Milli Kitabxanaya etdiyi səfərlərdən bəhs edib.    Tədbirdə iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifli “Heydər Əliyev və Milli Kitabxana” kitabının xüsusi əhəmiyyətinə toxunub və Heydər Əliyevin 100 illiyinin məhz Milli Kitabxananın 100 illik yubileyinə təsadüf etməsini rəmzi məna kimi qiymətləndirib.    AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında təqdimatı keçirilən kitabda Heydər Əliyevin kitabxana işi sahəsində göstərdiyi xidmətlərdən ətraflı bəhs edildiyini diqqətə çatdırıb.      Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da öz növbəsində Heydər Əliyevin kitabxanalara, kitab və mütaliəyə verdiyi dəyərdən söz açıb. Nazir müavini qeyd edib ki, sözügedən kitab Heydər Əliyevin 100 illik yubileyinə böyük hədiyyədir.    Daha sonra çıxış edən digər qonaqlar kitabın tərtibatından bəhs ediblər.    Sonda “Heydər Əliyev və Milli Kitabxana” kitabının müəllifi, Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.   

Futzal yarışlarının bağlanış mərasimi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə turnirə yekun vurulub.    Final qarşılaşmasında III yer uğrunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.    Oyunlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal yarışlarının bağlanış mərasimi keçirilib.    Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, AHİK və AFFA-nın rəsmi şəxsləri, veteran futbolçular, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.    Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin idmanın inkişafındakı müstəsna rolundan, ölkəmizdə bu sahəyə olan dövlət qayğısından danışıb. Firudin Qurbanov müasir dövrdə ölkə prezidenti İlham Əliyevin idmana olan diqqəti sayəsində respublikamızın artıq idman ölkəsi kimi dünyada layiqli yerini tutmasını qeyd edib. Bu yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.    Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev gənclər və idman siyasətinin Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu vurğulayaraq gənclərimizin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda yetişməsində idmanın, bədən tərbiyəsinin kütləviliyinin rolunu xüsusi qeyd edib.    Çıxışlardan sonra I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Turnirdə fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub.    Qeyd edək ki, futzal yarışları Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.   

Tacikistanda 2023-2024-cü tədris ili üzrə təhsil imkanı

2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan edilən Tacikistanda təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.     Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub.     Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilləridir.     Qeyd edək ki, təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. 

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu prosesi davam edir.    “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.   Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib

Mayın 2-də Heydər Əliyev sarayında Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib. Toplantı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.    Ulu öndərin hakimiyyəti illərində xaricdə təhsil almış həmvətənlərimizin qatıldığı toplantıda dövlət və hökumət nümayəndələri də iştirak ediblər.     Əvvəlcə ümummilli liderin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edən fotosərgi ilə tanışlıq olub.     Toplantı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxış edib.     1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olduğunu, 1978-ci ildə həmin institutu bitirdiyini xatırladan Əli Əsədov bildirib ki, o illərdə belə nüfuzlu ali məktəblərə qəbul olmaq gənclər üçün böyük şərəf idi. İllər sonra ulu öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünyagörüşünün genişləndirilməsi idi. Baş nazir əlavə edib ki, bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, vətənimizin hərtərəfli inkişafına töhfə verən insanlardır.     Əli Əsədov qeyd edib ki, ümummilli lidеrin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib.   Əli Əsədov qeyd edib ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gəncə təqaüd ayrılıb və bunun üçün 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində isə hər il 400 nəfər olmaqla ümumilikdə 2000 nəfərədək vətəndaşın xarici ölkələrdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.     Sonra ulu öndərin Azərbaycan təhsilinə diqqət və qayğısından bəhs edən “Təhsil millətin gələcəyidir” filmi nümayiş olunub.     Toplantı digər çıxışlarla davam edib və konsert proqramı ilə yekunlaşıb. 

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı