Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin qalibi bəlli olub

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.

 

Ali Məhkəmədə təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Kamal Cəfərov, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, məktəb direktorları, mentor tələbələr, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə finala vəsiqə qazanmış hər biri 2 şagird və 1 tələbədən ibarət 2 komandanın (7 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinlənilib. 

 

Giriş nitqi ilə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva İdarə və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) birgə təşkilatçılığı ilə keçirilən “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib. 

 

Ali Məhkəmənin sədri İnam Kərimov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Ali Məhkəmənin sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və bu ixtisas üzrə təhsil almaq arzusunda olan şagirdlərin inkişafında, nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılmasında maraqlıdır. Sədr müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.  

 

Elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Nazir Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən yeniyetmə və gənclərin gələcəkdə fəal vətəndaş kimi yetişəcəklərinə, yüksək təhsil, innovativ bacarıqları ilə hüquqi dövlət quruculuğu işinin genişləndirilməsinə öz layiqli töhfələrini verəcəklərinə inandığını söyləyib. Təhsil prosesinin fasiləsizliyini və davamlılığını önə çəkən nazir bildirib ki, belə müsabiqələr, həmçinin öyrənmə mühitinin bir hissəsi kimi əhəmiyyətlidir.

 

Müsabiqəni yeniyetmə və gənclərin hüquqi maarifləndirilməsi işində müsbət addım kimi səciyyələndirən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva yetişən nəslin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsini demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən biri olduğunu söyləyib.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov ixtisas seçimi ərəfəsində olan yuxarı sinif şagirdlərinin bu müsabiqədə iştirakını hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı kimi qiymətləndirib.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb  və 287 nömrəli “Zəkalar” liseyinin komandası və mentor tələbə Aytac Əliyeva final mərhələsinin qalibi seçilib. 7 nömrəli tam orta məktəbin komandası II, 20 və 83 nömrəli məktəb-liseylərin komandaları isə III yerə layiq görülüb.   

 

Sonda qalib və fərqlənən komandalar diplom və hədiyyələrlə təltif olunub.
 


3 il əvvəl