ADA və Corc Vaşinqton universitetləri arasında əməkdaşlıq genişlənir
Görüşdə giriş nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı istiqamətindəki ilkin əməkdaşlıq proqramın uğurlu icrası və tərəfdaşların dəstəyi nəticəsində genişlənir. İndiyədək tələbələrdən ibarət 6 fərqli qrupun ikili diplom proqramına qəbul edildiyini deyən rektor qeyd edib ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə yeni "4+1" əməkdaşlıq formatına keçid edir. Bu format tələblərə ADA Universitetindən bakalavr, Corc Vaşinqton Universitetindən isə magistr diplomu almaq fürsəti verəcək.
Görüşdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının yerli kadr hazırlığına fayda verdiyini vurğulayıb. Nazir əlavə edib ki, ikili diplom proqramları rəqabətədavamlı gənclər yetişdirməklə yanaşı, həm də müəllimlərin peşəkarlığının artırılmasına, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə və universitetlərin inkişafına səbəb olmaqdadır.
ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov ikili diplom proqramının icrasına dair nəticələri paylaşıb.
Qlobal əməkdaşlığın genişləndirilməsinin Corc Vaşinqton Universiteti üçün əhəmiyyətindən bəhs edən dekan Con Lak ADA Universitetinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Corc Vaşinqton Universitetini təmsil edən digər nümayəndələr də öz növbələrində bildiriblər ki, ikili diplom proqramları universitet – sənaye tərəfdaşlığını gücləndirir, beynəlxalq təcrübə mübadiləsini dəstəkləyir.
Çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, həmçinin BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikili diplom proqramlarının icrası ilə bağlı tövsiyələrini bölüşüblər.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
