“Heydər Əliyev və Milli Kitabxana” kitabının təqdimat mərasimi olub
Mayın 4-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdirdiyi “Heydər Əliyev və Milli Kitabxana” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasında miniatür kitablarla bağlı sərginin açılışında, həmçinin “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimindəki çıxışı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ulu öndərin Milli Kitabxanaya etdiyi səfərlərdən bəhs edib.
Tədbirdə iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifli “Heydər Əliyev və Milli Kitabxana” kitabının xüsusi əhəmiyyətinə toxunub və Heydər Əliyevin 100 illiyinin məhz Milli Kitabxananın 100 illik yubileyinə təsadüf etməsini rəmzi məna kimi qiymətləndirib.
AMEA-nın prezidenti İsa Həbibbəyli çıxışında təqdimatı keçirilən kitabda Heydər Əliyevin kitabxana işi sahəsində göstərdiyi xidmətlərdən ətraflı bəhs edildiyini diqqətə çatdırıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da öz növbəsində Heydər Əliyevin kitabxanalara, kitab və mütaliəyə verdiyi dəyərdən söz açıb. Nazir müavini qeyd edib ki, sözügedən kitab Heydər Əliyevin 100 illik yubileyinə böyük hədiyyədir.
Daha sonra çıxış edən digər qonaqlar kitabın tərtibatından bəhs ediblər.
Sonda “Heydər Əliyev və Milli Kitabxana” kitabının müəllifi, Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
