Prezident Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verildi.
Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.
Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.
Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
