Tələbələr arasında debat çempionatı keçiriləcək
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə pedaqoji və təhsilyönümlü ixtisaslarda oxuyan tələbələr arasında təhsil sahəsinin aktual mövzuları üzrə debat turnirləri təşkil ediləcək. Birinci mərhələdə debat haqqında ilkin məlumat və oyun qaydalarının izahı üçün təlim kursu təşkil ediləcək. Növbəti mərhələdə isə təlim proqramını uğurla tamamlamış tələbələr arasında debat turnirləri keçiriləcək. Qeyd edək ki, layihədə iştirak üçün müraciət edəcək tələbələrin pedaqoji sahədəki bilik və bacarıqları, həmçinin təhsil siyasətinə dair ümumi məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə mərhələsi təşkil olunacaq. Unutmayın, təhsil sahəsində müzakirə həmişə faydalı və maraqlıdır! Qeydiyyat forması: https://forms.gle/mXLwdfuyBsayNRxC7
08/05/2023 15:54
Məktəblilərimizin 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğuru
Qazaxıstanın Astana şəhərində 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib. Nəzəri və praktiki hissədən ibarət olan olimpiadada 20-dən çox ölkə iştirak edib. Bilik yarışmasında milli komandamız uğurla iştirak edərək ölkəmizə daha bir medal qazandırıb. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı bürünc medala layiq görülüb. Bundan əlavə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilova olimpiada təşkilatçıları tərəfindən xüsusi hədiyyə təqdim edilib. Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!
08/05/2023 12:36
Respublika fənn olimpiadalarının nəticələri elan edildi
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə respublika fənn olimpiadalarının nəticələri elan edilib. Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər. Bildiririk ki, kimya fənni üzrə final turu mayın 10-da keçiriləcək. Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın dəstəyi ilə təşkil edilir. Müvafiq fənlər üzrə nəticələrlə aşağıdakı cədvəllərdən tanış ola bilərsiniz: Azərbaycan dili və ədəbiyyat fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Azərbaycan dili və ədəbiyyat fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu Biologiya fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Biologiya fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu Coğrafiya fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Coğrafiya fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu Fizika fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Fizika fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu Kimya fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Kimya fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu İnformatika fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu İnformatika fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu Tarix fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Tarix fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu Riyaziyyat fənni üzrə nəticələr - Aşağı (8-9-cu sinif) yaş qrupu Riyaziyyat fənni üzrə nəticələr - Yuxarı (10-11-ci sinif) yaş qrupu
08/05/2023 11:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
8 may saat 11:00-dan etibarən şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 17 may saat 11:00-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə 50 faiz nəticə əldə edənlər müsahibə mərhələsinə buraxılacaqlar.
08/05/2023 09:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verildi. Bildirildi ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. https://president.az
06/05/2023 09:30
“Ulu öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” adlı tədbir keçirilib
Mayın 5-də “Ulu öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Tədbir Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub. Əvvəlcə qonaqlar foyedə rəsm sərgisi ilə tanış olublar. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şagirdlərə ulu öndər Heydər Əliyevin zəngin irsi, çoxşaxəli həyat və fəaliyyəti barədə məlumat veriblər. Tədbirdə Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş kompozisiyada şagirdlər ulu öndər və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın kərpic-kərpic qurularaq müasir və güclü dövlətə çevrilməsini mahnı, şeir və rəqslərlə vahid süjet şəklində təqdim ediblər.
05/05/2023 17:13
Nazirliyin kollektivi ulu öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə kampaniyasında
Mayın 5-də Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Maliyyə şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi ərazi partiya təşkilatının sədri Rauf Orucov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafındakı rolundan, göstərdiyi xidmətlərdən danışıblar. Tədbirdə Elm və Təhsil Nazirliyinin 5 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.
05/05/2023 15:39
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
8 may saat 11:00-dan etibarən şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 17 may saat 11:00-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə 50 faiz nəticə əldə edənlər müsahibə mərhələsinə buraxılacaqlar.
05/05/2023 14:20
Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 26 may 2023-cü il tarixində İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 19 may 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
05/05/2023 11:37
Prezident Cəbrayıl şəhərində orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub
Mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək. https://president.az
04/05/2023 20:10
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı