"Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçirilib
Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçirilib.
Konsertdə məktəblilər ulu öndərin ən sevdiyi mahnıları səsləndirib, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdiriblər.
Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri çıxış ediblər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunub.
Konsertdə millət vəkilləri və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, Vətən müharibəsi şəhid övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14.09.2026 - 12:10 -
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14.09.2026 - 10:56 -
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00 -
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39
