Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"SABAH-ın məzunu – 2024" tədbiri keçirilib

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” tədbiri keçirilib.    Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.    Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.    Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq "SABAH qrupları" layihəsinin mahiyyət və məqsədi barədə danışıb. Layihənin ali təhsildə yenilik istiqamətində nəzərdə tutulan hədəflərə doğru bir addım olduğunu vurğulayan Emin Əmrullayev qeyd edib ki, SABAH ali təhsil müəssisələrinə yeni yanaşma gətirib. Nazir əlavə edib ki, savadlı və bacarıqlı tələbələr üçün yaradılmış bu proqrama nəzər saldıqda uğurlu nəticələri görmək mümkündür.    Nazir həmçinin bildirib ki, SABAH qruplarının 10 illik fəaliyyəti ərzində yaratdığı fərqli imkanlar tələbələr arasında rəqabət formalaşdırıb. Gələcəkdə bu pilot layihənin genişləndirilməsinin zəruriliyinə toxunan elm və təhsil naziri çıxışının sonunda SABAH məzunlarını təbrik edib və sözügedən qrupların fəaliyyətinin Azərbaycanı gələcəkdə daha güclü dövlətə çevirəcəyinə inamını bildirib.    Ardınca isə SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.    Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.    Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.    Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş etdirilib.    Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.    Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.    Qeyd edək ki, 2023–2024-cü tədris ilində 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur.    Elm və Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsi hazırda 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası və 2 846 tələbəni əhatə edir.

Uşaq inkişafı üzrə tanınmış professor “Yeni çağırışlar”da

İyulun 5-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.   Proqramın budəfəki qonağı İstanbul Aydın Universitetinin müəllimi, uşaq inkişafı üzrə tanınmış mütəxəssis Belma Tuğruldur. Professor Belma Tuğrulla oyun əsaslı öyrənmə barəsində danışılacaq.   Belma Tuğrul Hacettepe Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər təhsil kafedrasında uzun illər professor olaraq çalışıb. Bununla yanaşı, Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “365 gün hekayə”, “365 gün oyun”, “Mənim oyun sandığım” və “Erkən uşaqlıq təhsili təqvimi” kimi layihələrdə akademik məsləhətçi olub.   Belma Tuğrul hazırda Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərir.    Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

İyulun 11-i saat 11:00-dan 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.    Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.   Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.   Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.   Test imtahanları 2 – 10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.   Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.    Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.     Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.   Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.    Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.   Ötən illərdə olduğu kimi, cari ildə də vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. MİQ üzrə müsabiqənin müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.  Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.

"Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb.    İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev təcrübə proqramının iştirakçıları ilə görüş keçirib. Görüşdə ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.    Əvvəlcə "Maarifçi" tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub.    Daha sonra çıxış edən Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün anlaması, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.    Çıxış edən proqram iştirakçıları da öz növbəsində proqram sayəsində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını dilə gətiriblər.   Görüş çərçivəsində “Maarifçi”lərin proqram müddətində fəaliyyətləri, onların ictimai iştirakçılığın təmin olunmasında rolu, gənclərin karyera inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb, həmçinin təkliflər dinlənilib.    Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.   Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub. Təltif fotoları

Vətəndaş müraciətlərinin statistikası

İyunun 20-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 21 717 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 14 363-ü çağrı mərkəzləri, 613-ü sosial media, 2 550-si  "WhatsApp" vasitəsilə, 1 272-si elektron, 634-ü yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 285 müraciət qeydə alınıb.    Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, eləcə də qarşılıqlı yerdəyişməsi, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Emin Əmrullayev “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında iştirak edib

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi, həmçinin Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.    “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfransa alimlər, təhsil siyasətinin icrasında iştirak edən şəxslər, müstəqil tədqiqatçılar, təhsil işçiləri və tələbələr cəlb olunublar. Konfransa tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə ilə bağlı tədqiqat işləri qəbul edilib.   İki gün keçiriləcək konfransın açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb. Nazir çıxışında ADA Universitetinin təşəbbüsünü dəstəkləyib və təhsil haqqında danışmağın və onu müzakirə etməyin hər zaman vacib, maraqlı olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlara toxunan nazir onların uzunmüddətli dövrdə Azərbaycan təhsilinə töhfə verəcəyinə inamını ifadə edib.    Elm və Təhsil Nazirliyinin təhsil siyasəti ilə bağlı fikirlərini bölüşən Emin Əmrullayev sözügedən konfransın təhsil siyasətinin ən vacib məqsəd və vəzifələrini müzakirə etmək baxımından faydalı olduğunu vurğulayıb.    Təhsilin müxtəlif pillələri üzrə qarşıya qoyulan hədəflərdən də danışan nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.   Daha sonra ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal konfransın dinamik, populyar platformaya çevrildiyini və bu tədbirdə təhsilimizin mühüm, qlobal məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.   Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəlik keçmişə və gələcəyə əsaslanan yanaşma” mövzusunda çıxış edib.    Daha sonra Vaterloo Universitetinin Riyaziyyat fakültəsinin riyaziyyat, biznes və mühasibat uçotu üzrə bakalavr proqramlarının direktoru İlham Axundov “Sabahın təhsilini formalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük və süni intellekt” mövzusunda danışıb.    Müxtəlif təhsil müəssisələrindən nümayəndələrin iştirakı ilə keçirilən panel müzakirələri də bir çox aktual mövzuları əhatə edib.   İlk olaraq, prorektor Vəfa Kazdalın moderatorluğu ilə “Tədrisin təşkilində müxtəlifliklər (kənd və şəhər, dövlət və özəl, tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)” mövzusunda panel müzakirəsi keçirilib.    “Təhsilverənlərin şəhər və regionlar üzrə bölünməsi" mövzusuna həsr olunan ikinci panel müzakirəsi Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsini müdiri Vəfa Yaqublunun moderatorluğu ilə təşkil edilib.   Konfrans iyulun 2-də də öz işini davam etdirəcək.

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 19 iyul tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak edə bilərlər.   Adları çəkilən rayonların sakinləri 15 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Məktəblilərimizin 28-ci Balkan Riyaziyyat Olimpiadasında möhtəşəm uğuru

25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadası (JBMO2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib.    Bu il ilk dəfə olaraq ölkəmiz sözügedən olimpiadada ikinci yerə yüksəlib. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.   Qeyd edək ki, ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümumilikdə 54 medal qazanıb.

"Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

İyunun 27-də ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib.    Tədbirdə sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar da iştirak ediblər.    Giriş nitqi ilə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesinin mahiyyəti və keçirilmə qaydaları barədə məlumat verib.    Daha sonra elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edib.    Sertifikatlaşdırmanın məqsədinə toxunan Emin Əmrullayev bildirib ki, 2022-2024-cü illərdə təşkil edilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesində 64 mindən çox müəllim iştirak edib.    Nazir qeyd edib ki, prosesin nəticəsi olaraq təxminən 35 faiz müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Həmçinin elm və təhsil naziri bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.   Əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələrinin əhəmiyyətli dərəcədə yüksək olduğunu da diqqətə çatdıran Emin Əmrullayev bildirib ki, MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52-dir.    Çıxışında sertifikatlaşdırma prosesinin nəticələrinə dair bəzi statistik məlumatları da diqqətə çatdıran Emin Əmrullayev sonda müəllimlərə müraciət edərək bildirib ki, müəllim gördüyü işin nəticəsinin şagirdinin təlim nəticəsi olduğunu unutmamalıdır və görülən işlərin hər biri də bu istiqamətin yaxşılaşdırılmasına yönəlib.    Çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev də öz növbəsində qonaqları salamlayaraq təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyətini vurğulayıb və prosesdən uğurla keçən müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.    Sonra çıxış edən Şəmkir rayon Zəyəm qəsəbə 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Vətən müharibəsi iştirakçısı Hüseyn Şamilli, Bakı şəhəri 133 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şahnaz Sariyeva sertifikatlaşdırma imtahanının təkcə bilikləri ölçmədiyini, həm də müəllimlərin peşə biliklərinin artırılması, öz üzərlərində çalışmaları baxımından faydalı olduğunu dilə gətiriblər.   Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı