Nazir müavini Belarusun Peşə Təhsili üzrə Respublika İnstitutunun rektoru ilə görüşüb
Avqustun 15-də elm və təhsil nazirinin müavini İdris İsayev Belarus Respublikasının Peşə Təhsili üzrə Respublika İnstitutunun (PTRİ) rektoru Valeri Nikolayeviç Qolubovski ilə görüşüb.
Görüş zamanı Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə PTRİ arasında imzalanan Anlaşma Memorandumu və Tədbirlər Planının icrası ilə bağlı cari vəziyyət, seçilmiş peşə təhsili müəssisələrində Belarus tərəfindən emalatxanaların qurulması, bir sıra ixtisaslar üzrə mühəndis-pedaqoji və inzibati idarəetmə heyətinin PTRİ və Belarusun peşə təhsili kolleclərində ixtisasartırma kurslarında iştirakı, kənd təsərrüfatı maşın və avadanlıqlarının istismarı sahəsində Belarus Respublikasının təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilib.
Bununla yanaşı, görüş müddətində Belarus Respublikasının peşə təhsili sisteminin strukturu, bu strukturda yer alan qurumların öhdəlik və rolları, peşə ixtisasları üzrə təsnifatın formalaşması, həmçinin peşə təhsilinin idarə edilməsində müvafiq nazirliklərin rolu ilə bağlı müzakirələr aparılıb.
Görüşdə prioritet istiqamətlər üzrə əməkdaşlıq və təcrübə mübadiləsinə dair konkret addımların atılması qərara alınıb.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
