Peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsi yekunlaşıb
12 avqust saat 18:00-dan 2024–2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.
29 iyul tarixindən başlayan tələbə qəbulunun I mərhələsində www.portal.edu.az platforması vasitəsilə 27 269 şəxs 87 656 ixtisas üçün müraciət edib.
Peşə təhsili almaq istəyən şəxslər daha çox İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.
Müsabiqə nəticələrinin 17 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələrlə bağlı məlumat SMS vasitəsilə göndərilməklə yanaşı, www.portal.edu.az platformasındakı “Şəxsi kabinet” bölməsində də yerləşdiriləcək.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust – 3 sentyabr tarixlərində həyata keçirilməsi planlaşdırılır.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
