MİQ-in müsahibə mərhələsinə start verilib
2 il əvvəl
Avqustun 14-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Müsahibələrə 5 740 nəfər dəvət edilib.
Sözügedən mərhələnin ilk günündə riyaziyyat, informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq.
22 avqust tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıq və ümumi dünyagörüşü müvafiq komissiyalar tərəfindən yoxlanılacaq.
Xatırladaq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etməsə, bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50
