Magistratura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatı davam edir
Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi davam edir. Qeydiyyat 21 avqust saat 18:00-da başa çatacaq.
Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatları təsdiq edilir.
Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti qazanmaq üçün məlumatların təqdimi üçün bölmə mövcuddur.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
