Apellyasiya Şurasının növbəti iclası keçirilib
Avqustun 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdir müavini vəzifəsinə namizəd Kamal Aslanovun, Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin Strateji planlaşdırma və koordinasiya sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Sənan İbişlinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə namizədlər Alqış Həsrətov və Adil Aşurovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və 2 şikayətin təmin edilməsi, 1 şikayətin qismən təmin edilməsi, 1 şikayətin isə təmin edilməməsi barədə qərarlar qəbul olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
