Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 30 sentyabr tarixində Balakən şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
02/09/2024 17:28
Vətəndaş müraciətlərinin statistikası
Avqustun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 67 202 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 45 193-ü çağrı mərkəzləri, 634-ü sosial media, 7 334-ü "WhatsApp" vasitəsilə, 2 497-si elektron, 1 401-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 10 143 müraciət qeydə alınıb. Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, ali təhsil müəssisələrinə qəbul, direktorların işə qəbulu və digər məsələlərlə bağlı olub.
02/09/2024 14:49
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək. Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq. Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. Kəlbəcər işğal edilməzdən əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərirdi. Bunlardan əlavə rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdənkənar və dörd məktəbəqədər təhsil müəssisəsi də var idi. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir. https://president.az
02/09/2024 12:30
Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib
30 avqust saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçiminə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla 4 vakant yer seçimi edə bilərlər. Qeyd edək ki, vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq.
30/08/2024 11:30
Apellyasiya müsahibələri barədə məlumat!
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri sentyabrın 3-də keçiriləcək. Bu barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə “Microsoft Teams” platforması üzərindən təşkil ediləcək. Müsahibəyə qoşulmaq üçün link isə namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
29/08/2024 16:20
Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir
28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
28/08/2024 11:00
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılıb
Avqustun 27-də 2024–2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilib. II mərhələdə namizədlər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Bununla yanaşı, peşə təhsili pilləsinə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələ üzrə ixtisas seçimi edə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər sənədlərin təqdimi üçün qəbul olunduqları müəssisəyə müraciət etməlidirlər.
27/08/2024 17:41
Müsahibə mərhələsinin nəticələri elan olundu!
Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14–22 avqust tarixlərində təşkil olunmuş müsahibələrdə 4 658 nəfər uğur qazanıb. Uğur qazanmış namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrindən çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq. Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələri vasitəsilə müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazmaqla iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün yazmayan və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.
27/08/2024 17:00
İdris İsayev "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktik konfransda iştirak edib
Avqustun 27-də Şəki şəhərində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Roel Dona, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər qonaqlar iştirak ediblər. Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Baş prokuror ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını vurğulayıb. Elmi-praktik konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, təhsil iqlim dəyişikliyi probleminin həllində mühüm tərəflərdən biridir. Belə ki, təhsil insanları münasibət və davranışlarını dəyişməyə təşviq edə bilər, eləcə də təhsil müəssisələrində gənclərə qlobal istiləşmənin təsiri və iqlim dəyişikliyinə uyğunlaşma yolları öyrədilə bilər. Gənclər arasında ekoloji bacarıqların təbliğinin vacibliyinə də toxunan nazir müavini bildirib ki, ekoloji təhsili formal və qeyri-rəsmi öyrənmə mühitinə inteqrasiya etməliyik. Məktəblər, kollec və universitetlər kimi müəssisələr davamlılıq prinsiplərini öz proqramlarına daxil etməli, gəncləri ekoloji problemlərin həlli üçün bilik və alətlərlə təmin etməlidir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında ətraf mühitin qorunması, iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində aparılan kompleks tədbirlərin Şəki şəhərində də davam etdirildiyini bildirib. Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Roel Dona Azərbaycan Respublikasının Baş Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edib. Konfransda həmçinin digər qonaqlar tərəfindən çıxışlar edilib və mövzu ətrafında müzakirələr aparılıb. Konfransda "Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” ilə bağlı videoçarxlar da nümayiş olunub.
27/08/2024 16:00
Ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə!
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 2024–2025-ci tədris ili üçün 55 656 nəfər universitetlərə qəbul olunub. Onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Məlumat üçün bildirilir ki, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan aşağıdakı şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər; • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri; • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları; • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər; • dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; • dövlət ali təhsil müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusuna malik Azərbaycan Respublikasının vətəndaşları. Eyni zamanda bildiririk ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər verilir. Təhsil kreditinin əldə olunması üçün www.e-ttkf.edu.az elektron portalına müraciət edə bilərsiniz. Qeyd edək ki, 28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
27/08/2024 14:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı