Alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb
2 il əvvəl
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır.
Bu vəsait Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara ödənilir.
Mükafatlandırma beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün də əhəmiyyətli bir vasitə kimi nəzərdə tutulur.
Mükafatlandırma prosesinin əsasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” dayanır. Bu metodologiya 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilərə əsaslanır və bu dövr ərzində “Scopus” bazasında ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib.
Beynəlxalq təcrübədə də geniş istifadə olunan bu metodologiya, alimlərin fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Oxşar yanaşmalar, “Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)”, və “Shanghai Ranking (ARWU)” kimi beynəlxalq reytinq təşkilatları və elmi tədqiqatçılar tərəfindən istifadə olunur.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
