"İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı konfrans keçirilib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 2-də ADA Universitetində "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" adlı konfrans keçirilib.
Konfransa evsahibliyi edən ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edərək konfransda müzakirə ediləcək məsələlərin əhəmiyyətinə toxunub və konfransın işinə uğurlar arzulayıb.
BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxışında Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müxtəlif sahələrə həsr olunan mövzuların müzakirə edildiyini bildirib. Nigar Arpadarai qeyd edib ki, bu il Bakıda keçiriləcək COP29 tədbirində enerji, su istehlakı, kənd təsərrüfatı, maliyyə və digər məsələlərin həlli istiqamətində müzakirələr aparılacaq. Bizim əsas məqsədimiz gəncləri bu problemlərin həllinə təşviq etməkdir.
Çıxış edən COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu Leyla Həsənova iqlim dəyişmələri haqqında dialoqlarda uşaqların diqqət mərkəzində olmasının vacibliyini qeyd edib. Leyla Həsənovanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı müzakirələrin davam etdirilməsi, problemin həlli gənc nəslə qala bilər. Bu baxımdan onların da təhlükəsiz dünyadan nəsibini alması üçün çalışmalıyıq.
Konfransda iştirak edən UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah qeyd edib ki, dünyada 1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayırlar. Onun sözlərinə görə, iqlim böhranı uşaqların hüquqlarına aid böhrandır. 1 milyard uşaq iqlim dəyişikliyi səbəbindən yüksək riskli ölkələrdə yaşayır.
UNİCEF rəsmisi bildirib ki, iqlim dəyişikliyi uşaqların əqli inkişafına təsir edir. Bundan başqa, uşaqlar təhsil imkanlarından da məhrum ola bilirlər. Xəstəliklərin 88 %-i iqlim dəyişikliyi səbəbindən yaranır və 5 yaşa qədər olan uşaqlar bundan təsirlənirlər. Bütün bu statistikalar göstərir ki, iqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür.
UNICEF-in Davamlılıq və İqlim üzrə regional məsləhətçisi Maria Osbek 2021-ci ildə 6 min 400 uşağın havanın çirklənməsi səbəbindən erkən öldüyünü, hər 10 uşaqdan birinin çay daşqınları ilə üzləşmə riski altında olduğunu əlavə edib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsinin nazirliyin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışı zamanı Azərbaycanın ümumi təhsil müəssisələrində iqlim dəyişikliyinə həsr olunan tədbirlər, uşaq və gənclərin bu yöndə maarifləndirilməsi istiqamətində təhsil müəssisələrində aparılan işlər barədə məlumat verib.
Konfrans digər çıxışlarla davam etdirilib.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, müzakirələr aparılıb.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
