Azərbaycan alimlərinin beynəlxalq elmi fəaliyyətində böyük yüksəliş: 2024-cü ilin nailiyyətləri
Azərbaycanlı alimlərin "Scopus" elmmetrik verilənlər bazasında göstəriciləri 2024-cü ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə yaxşılaşıb. Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, dərc olunduqları jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq daxildir.
Belə ki, ölkəmiz üzrə “Scopus”dakı istifadəçi sayı təkcə bu ilin ilk 8 ayı ərzində ötən ilə nisbətdə 2 dəfədən çox artaraq 13 minə çatıb.
Bununla yanaşı, azərbaycanlı alimlərin "Scopus"da dərc olunan məqalələrində də artım müşahidə edilir. Azərbaycanlı alimlərin ötən il 1800-dən bir qədər çox olan məqalə sayı bu il artaraq 2382-ə bərabər olub. Nəzərə alsaq ki, 2024-cü ildə dərc olunan elmi işlərin sayımı 2025-ci ilin may-iyun aylarınadək davam edəcək, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3000-dən çox olacağı istisna edilmir.
Dərc olunan elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Belə ki, alimlərimizin bazadakı məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. Ötən il bu göstərici 9.2%-ə bərabər olmuşdu. Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-yə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər idi.
Əlavə olaraq, 2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan məqalələrin 1481-i Q1 (996) və ya Q2 (485) kvartilli jurnallarda dərc olunub. Bu göstərici isə ötən ilin eyni dövründə 733-ə (Q1 – 486, Q2 – 257) bərabər idi.
Ötən ilin 12 ayı ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni xarici həmmüəlliflərlə birgə) dərc olun elmi işlərin sayı 856 (47%) idisə, bu göstərici cari ilin ilk 8 ayı ərzində 1594-ə (67%) yüksəlib.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
