Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesinə start verilib. Proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər 1 dekabr tarixinədək müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər. Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə 1 noyabr 2024-cü il tarixindən başlanılıb.
25/11/2024 11:00
Apellyasiya Şurasının iclası keçirilib
Noyabrın 23-də elm və təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Ayşən Əliyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi vəzifəsinə namizədlər Vüsalə Qəndəliyeva, Rəhman Zeynalov və Fərid İsayevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 2 şikayətin qismən təmin edilməsi və 2 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.
23/11/2024 17:00
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 6 dekabr tarixində Balakən şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 27 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
21/11/2024 11:44
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu reytinq təşkilatlarından biri "QS Quacquarelli Symonds"un Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.
20/11/2024 10:38
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüş çərçivəsində ISESCO ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, Salim bin Məhəmməd əl-Malik noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksək səviyyəli panellərdə də iştirak edib.
19/11/2024 18:15
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib. Görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər. Görüş zamanı “TikTok” şirkəti ilə elm və təhsil sahəsində birgə əməkdaşlığın qurulması müzakirə edilib, geniş cəmiyyət üçün maarifləndirici təşəbbüslər və layihələr barədə fikir mübadiləsi aparılıb. Həmçinin təhsilverənlərə öz təhsil məzmununu tanıtmağa imkan verən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib. Bununla yanaşı, müxtəlif ölkələrdə müəllimlər tərəfindən aparılan təhsil kanallarının nümunələri təqdim edilib və platformanın imkanlarının təhsil məzmununun yaxşılaşmasına verdiyi töhfələr müzakirə edilib.
19/11/2024 17:53
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru Luis Benveniste ilə görüşüb. Görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, Luis Benveniste noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksək səviyyəli panellərdə də iştirak edib.
19/11/2024 16:30
Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub
İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir. Azərbaycan universitetlərinin sözügedən reytinqin 2024 və 2025 buraxılışlarında mövqeləri aşağıdakı cədvəldə təqdim olunur:
19/11/2024 16:05
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsü dəstəklənib. Belə ki, "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzusunda keçirilən yüksək səviyyəli panel sessiyasında Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmə üzrə birgə əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş elm və təhsil naziri Emin Əmrullayev və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer tərəfindən imzalanıb. Sazişə əsasən, 2029-cu ildə keçiriləcək növbəti PISA tədqiqatında Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığına dair qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi və bu prosesin təşkilinə dair öyrənmə materialları hazırlanacaq. Qeyd edək ki, sözügedən saziş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticəsi olaraq qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
19/11/2024 15:21
Çağrı Mərkəzinin yeni region üzrə fəaliyyəti
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Vətəndaşlar 146 – 0 – 12 nömrəsi ilə əlaqə yaratmaqla Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.
19/11/2024 14:38
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı