Apellyasiya Şurasının iclası keçirilib
Yanvarın 16-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin Statistik hesabatların icmallaşdırılması sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Pərvanə Baxşiyevanın, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Xəzər Quluzadə və Neman Musayevin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Vüqar Səfərbəyovun, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Sona Babazadənin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 3 şikayətin qismən təmin edilməsi və 2 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
