Bu il 300-dək alim mükafatlandırılacaq
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.
Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus”, həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcək.
Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaq. Bu göstəricilərə aşağıdakılar aiddir:
- hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;
- elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;
- dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alması;
- həmmüəllif sayı.
Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə cavab verən alimlər mükafatlandırılacaq.
Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən, fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.
17.01.2025 - 16:12
Digər xəbərlər
-
Bu il 300-dək alim mükafatlandırılacaq
17.01.2025 - 16:12 -
2-ci "Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb
17.01.2025 - 10:12 -
COP29-da fəal iştirakına görə təltif olunmuş əməkdaşlarla görüş keçirilib
16.01.2025 - 18:20 -
20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək
16.01.2025 - 17:25 -
Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümündə I dövrəyə yekun vurulub
08.01.2025 - 16:24