COP29-da fəal iştirakına görə təltif olunmuş əməkdaşlarla görüş keçirilib
Yanvarın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edən Elm və Təhsil Nazirliyi və onun qurumlarında çalışan əməkdaşlarla görüş keçirilib.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi COP29-un ölkəmiz üçün çox böyük əhəmiyyəti olduğunu qeyd edib.
Emin Əmrullayev COP29-da fəal iştirakına görə nazirlik və onun qurumlarında çalışan 28 nəfər əməkdaşın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edildiyini vurğulayıb. Nazir bildirib ki, dövlət başçımızın bu təltifi yüksək diqqətin göstəricisidir.
Daha sonra nazir əməkdaşları bu münasibətlə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə təltif edilən əməkdaşlar onlara verilən yüksək dəyərə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
