Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümündə I dövrəyə yekun vurulub
Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2024-2025 mövsümü üzrə I dövrəyə yekun vurulub.
Keçirilən oyunların nəticələrinə görə liqanın A və B qruplarında ən çox xal toplayan Azərbaycan İdman Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universitetinin komandaları birinci altılıqda, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetinin komandaları isə ikinci altılıqda mübarizəni davam etdirəcək.
Liqanın II dövrəsinin ilk oyunlarının fevral ayının ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Texniki Universitetinin idman zalında 12 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
