Məktəblilərimiz XXI Beynəlxalq Jautıkov Olimpiadasında 1 qızıl, 7 bürünc medal qazanıblar
13-17 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri də iştirak edib. 15 ölkədən 700-dən çox məktəbli bu olimpiadada öz bilik və bacarıqlarını nümayiş etdirib.
Milli komandamız bu bilik yarışında 1 qızıl, 7 bürünc olmaqla ümumilikdə 8 medal qazanıb. Belə ki, informatika fənni üzrə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Tahir Əliyev, Bakı Türk Anadolu liseyinin X sinif şagirdi Əhməd Qəmbərli, Bakı şəhəri Ankara-məktəb liseyinin XI sinif şagirdi Əli Əliyev bürünc medala, riyaziyyat fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov bürünc medala, fizika fənni üzrə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli bürünc medala layiq görülüb.
Qeyd edək ki, Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərinin təbliği, beynəlxalq əməkdaşlığın inkişafı, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətlərinin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
