Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Prezident İlham Əliyev Kürdəmirin Atakişili kəndində tam orta məktəb binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə tamamilə yeni və keyfiyyətli mərhələ başlayıb. Ölkədə müasir məktəb binaları, yeni tədris korpusları inşa olunur, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəb binalarının inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin binasının inşası bunu bir daha aydın göstərir. Regionlarda bu cür məktəb binalarının yaradılması həm də ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir. Dövlətimizin başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu. Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb. Ümumi sahəsi 6 min kvadratmetrə yaxın olan binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Dövlətimizin başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.   www.azertag.az  

Sentyabrın 15-də ANS televiziyasında təhsil naziri Mikayıl Cabbarovun müsahibəsi yayımlanıb.

Aşağıdakı videoda həmin müsahibəni təqdim edirik.

Təhsil naziri Mikayıl Cabbarov 15 sentyabr - “Bilik Günü” ilə bağlı Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramının qonağı olub.

Aşağıdakı videoda həmin müsahibəni təqdim edirik.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərində yeni açılan badminton bölmələrinin məşqçi-müəllimləri üçün Sumqayıt Olimpiya İdman Kompleksində təlim keçirilib.

Azərbaycan Badminton Federasiyasının “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birgə təşkil etdiyi təlimlərdə “Təhsil” RİM-in Gəncə, Sumqayıt, Lənkəran filiallarının və Quba Rayon Uşaq-Gənclər İdman Məktəblərinin badminton bölmələrinin məşqçi-müəllimləri iştirak ediblər. Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara  qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ətraflı məlumat veriblər.

Sentyabrın 15-də İ. M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Filialın rəmzi açılışını bildirən lent kəsildikdən sonra birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar. Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib. Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompyuter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyev I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 2015-ci il mayın 15-də Sərəncam imzalayıb. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb. I Moskva Dövlət Tibb Universiteti Bakı filialının kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.   www. azertag.az  

Prezident İlham Əliyev Bilik günündə Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitlə tanış oldu. Sonra Azərbaycan Prezidenti məktəbin müəllim və şagird kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi. www.prezident.az  

Tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Bakı məktəblərində olublar.

Nazir müavini Ceyhun Bayramov Bakı şəhəri 220 nömrəli tam orta məktəbə gedərək “Bilik Günü” münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Eyni zamanda, bu gün bilik günü ilə yanaşı, Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin açılışı olub. Açılışda nazir müavini Ceyhun Bayramovla yanaşı, müdir müavini Hüseyn Əsgərov, “UNICEF Azerbaijan”ın nümayəndəsi xanım Nafisa Binte Shafique, Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirak ediblər. Qeyd edək ki, Azərbaycanda təhsil siyasətinin məqsədi bütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin edilməsindən ibarətdir və təhsil sisteminin islahatı prosesində əsas diqqət milli azlıqları, qaçqınları və məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılmasına yönəldilir. Bununla əlaqədar, Azərbaycan Respublikası təhsil nazirinin 18 mart 2015-ci il tarixli, 311 nömrəli əmrinə əsasən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin Bakı şəhər 220 və 138 nömrəli tam orta məktəblərdə sınaqdan keçirilir. “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində 220 nömrəli tam orta məktəbdə 2 inkluziv sinif açılıb. Nəzərinizə çatdıraq ki, 220 nömrəli tam orta məktəbdə hazırda 2-si inkluziv təhsil sinfi olmaqla 11 birinci sinif (265 uşaq), ümumilikdə isə 2200 şagird təhsil alır.  www.bakuedu.gov.az

Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

  Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib. C.Bayramov çıxışında I sinfə qəbulun elektronlaşdırılması, Bakı şəhərində məktəb, lisey və gimnaziyaların vahid saytlarının istifadəyə verilməsindən söz açıb. Ceyhun Bayramov Bakı təhsilində baş verən yeniliklər, təhsilin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini sınaq qiymətləndirilməsindən keçməyən yeni təyin olunan və sosial məzuniyyətdən qayıdan müəllimlər üçün də  yaxın aylar ərzində qiymətləndirmənin təşkil olunacağını bildirib. Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq, təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb. O, dərslik çapındakı problemlərdən, bunun Təhsil Nazirliyinin diqqətində olmasından danışıb. Nazir valideyn-məktəb münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib, beynəlxalq olimpiadalar və bu sahədə tətbiq olunmuş yeniliklər barədə danışıb. Mikayıl Cabbarov öz çıxışı zamanı Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edərək direktor vəzifəsinə təyin olunmuş şəxsləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Konfranda həmçinin, Xəzər rayonu  S.Abbasov adına 117 nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədovun,312 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül Heydərlinin, 7 nömrəli tam orta məktəbin valideyn icmasının üzvü Sevinc Qasımovanın və 54 nömrəli tam orta məktəbin məzunu Gündüz Osmanlının çıxışları dinlənilib. Daha sonra 42 ümumi təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərə və əldə edilmiş nailiyyətlərə görə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub. www.bakuedu.gov.az

Təhsil Nazirliyinin tabeliyindəki idman məktəbinin yetirməsi boks üzrə dünya birinciliyinin qalibi olub.

“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Azərbaycan yığma komandasının üzvü Məhəmməd Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Dünya birinciliyində +80 kq çəki dərəcəsində uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb. Finalda isə Almaniya təmsilçisi Daniel Melsam üzərində inamlı qələbə qazanaraq I yerə layiq görülüb.

Yeni tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub.

Ümumilikdə, 2015-2016-cı tədrisilində ümumi təhsil müəssisələrində 1 359 173 şagird təhsil alacaq. Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq. Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam edir.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı