“ADA” Universitetində təhsil üzrə menecment magistr proqramının açılışı olub
Noyabrın 11-də “ADA” Universitetində təhsil üzrə menecment magistr proqramının açılışı olub.
Açılış mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Rektor, səfir H.Paşayev təhsil üzrə menecment magistr proqramı barədə fikirlərini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb.
Nazir müavini, eyni zamanda, müvafiq proqramın səmərəli nəticələri olacağına əminliyini bildirib.
Sonra menecment magistr proqramı haqqında məlumat verilib.
Qeyd olunub ki, “ADA” Universitetinin təhsilin idarəedilməsi fakültəsi Təhsil Nazirliyinin dəstəyi və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə təhsil üzrə menecment proqramına qəbul elan edib. Magistr proqramı 15 ay müddətində ingilis dilində tədris olunacaq. Dərsləri yerli və xarici professorlar aparacaqlar. Tələbələr təhsil üzrə menecmentdə orta və ya ali təhsil istiqaməti üzrə ixtisaslaşmanı seçə bilərlər. İngilis dili səviyyəsi magistr təhsili üçün məqbul olmayan tələbələrə əlavə dil hazırlığı dərsləri də təklif ediləcək. Təhsil müddətində tələbələr bir sıra praktik seminar və səfərlərdə iştirak edəcək, mübadilə proqramları vasitəsilə xarici təcrübəni öyrənmək imkanı qazanacaqlar.
Qəbul aprelin 1-dək davam edəcək.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
