Sumqayıtda zona müşavirəsi keçirilib
Noyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda zona seminar-müşavirəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Sumqayıt şəhər, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Seminar-müşavirə kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili, təhsil sahəsində çalışan rəhbər və digər işçilərin maarifləndirilməsi məqsədlərinə xidmət edir.
Tədbirdə Prezident Administrasiyasının və Təhsil Nazirliyinin nümayəndələri yerli idarəetmə qurumlarının kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıblar.
Seminarda Təhsil Nazirliyində, eləcə də təhsil qurumlarında vətəndaşların qəbulunun təkmilləşdirilməsi, məlumatların ümumiləşdirilməsi, qəbula yazılma prosesin avtomatlaşdırılması, müşahidə edilməsi baxımından görülmüş işlər barədə məlumat verilib. Bununla yanaşı, yeni yaradılan Qəbul Portalının iş prinsipi izah edilib.
Sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılmasına və vətəndaşların müraciətlərinə baxılmasına dair zona müşavirələrinin (treninqlərin) keçirilməsi barədə” əmrinə uyğun olaraq, müvafiq seminar-müşavirələrin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
