"Heydər Əliyev və Azərbaycan tarixi" bilik yarışı başa çatıb
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində ali məktəb tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçirilib.
Yarışda hər ali məktəbdən bir komanda olmaqla ümumilikdə 46 komanda mübarizə aparıb. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub.
Yarış 3 turda keçirilib. Hər turda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən 12 sual səsləndirilib.
Qalib komandalar turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri 44 xalla Qafqaz Universitetinin komandası tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 42 xalla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının, 41 xalla Lənkəran Dövlət Universitetinin komandası qazanıb.
Qalib komandalar mükafatlandırılıb. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim edilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
Xatırladaq ki, "Heydər Əliyev və Azərbaycan tarixi" adlı I ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Yarışda 44 ali məktəbin komandası iştirak edib. Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qalibi olub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
