Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya çempionatında qızıl medal qazanıb.

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya xarakterli güləş üzrə dünya çempionatında Təhsil Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, sərbəst güləş yarışlarının ötənilki dünya və Avropa çempionu 

Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaqlar.

Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumtəhsil məktəblərinin  IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif “Alman dili” və “Ərəb dili”, eləcə də, VII sinif “Fransız dili” dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcək. Respublikanın Qax, Zaqatala və Balakən rayonlarının gürcü dili tədris olunan məktəbləri üçün I və II sinif dərslikləri gürcü dilinə tərcümə olunub və onlar hazırda çapdadır. Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Bolqarıstanda keçirilən qılıncoynatma üzrə “Plovdiv CUP” beynəlxalq turnirində iştirak ediblər.

Plovdiv şəhərində təşkil olunan turnirdə 5 ölkədən 100-dək idmançı təmsil olunub. Müxtəlif yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçirilən yarışda 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Aysel Əhədova 2 dəfə fərqlənib. O, 15 yaşlılar arasında keçirilən yarışda I yeri, 17 yaşlılar arasında keçirilən yarışda isə III yeri tutub. 

Təhsil Nazirliyi tərəfindən tədris müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması və avadanlıqlarla təchizatı üzrə işlər davam etdirilir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, 2015-ci ilin avqust ayı ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərini, Tovuz, Bərdə, İsmayıllı və Gədəbəy rayonlarını əhatə edən 41 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Bu günədək ATŞ-ə qoşulmuş 2000 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub. Həmin təhsil müəssisələri bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə keyfiyyətli kommunikasiya qurmaq imkanı qazanıblar. Qeyd edək ki, ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa zəmin yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər. Eyni zamanda, ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtr sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən vebsaytlara giriş məhdudlaşdırılıb. Eyni zamanda, təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə əlavə olaraq, ölkə üzrə 1200 ədəd Monoblok Lenovo stolüstü kompüteri paylanılıb. Həmin kompüterlər informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilib.

Təhsil Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradılıb.

Hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. Eyni zamanda kabinetlər təlim üçün nəzərdə tutulmuş müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub. Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir. Qeyd edək ki, paytaxtla yanaşı, ölkəmizin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb.

Sentyabrın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində təhsil naziri Mikayıl Cabbarovun təhsildə yüksək nəticə qazanmış tələbələrlə görüşü keçirilib.

Görüşdə Bakı ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrini - Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala, Qubadlı, eləcə də digər rayon və şəhərləri təmsil edən tələbələr iştirak edib. Görüş iştirakçılarını tələbə adı qazanmaları münasibətilə təbrik edən Mikayıl Cabbarov uğur formulunun davamlı olmasını, keyfiyyətli kadr, işini sevən məslək və peşə sahibi olmaq üçün daim öyrənməyi tövsiyə edib. Eyni zamanda, nazir onları təhsil alacaqları ali məktəbin ictimai, mədəni həyatında yaxından iştirak etməyə, öz bilik və bacarıqlarını yüksəltməyə çağırıb. Son iki ildə ölkə təhsilində akademik göstəricilərin yaxşılaşmasına diqqət yönəldən Mikayıl Cabbarov ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını bildirib. Görüş zamanı nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb. Orta məktəbi qızıl medalla başa vuran, Respublika riyaziyyat olimpiadasının bürünc mükafatçısı, 700 balla “ADA” Universitetinə daxil olan İbrahim Əhmədov orta məktəblərdə kurikulumun tətbiqi və onun üstünlükləri ilə bağlı fikirlərini bildirib. 700 balla Azərbaycan Tibb Universitetinə daxil olan Nurlan Məcidov, biologiya üzrə fənn müsabiqəsinin gümüş mükafatçısı, orta məktəbi qızıl medalla başa vuraraq 695 balla ali məktəbə daxil olan Nərmin Quluzadə xaricdə təhsillə bağlı fikirlərini bölüşüblər. “Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçısı, orta məktəbi qızıl medalla başa vuran Cəmil İmranovun SABAH qrupları ilə bağlı sualları cavablandırılıb. Daha sonra xaricdə təhsil üzrə Dövlət Proqramı barədə ətraflı məlumat verən Mikayıl Cabbarov ölkəmizdə ali təhsilin inkişaf perspektivləri ilə bağlı danışıb. SABAH qruplarının yaradılmasını bu yolda irəliyə doğru atılan mühüm addım olduğunu deyən nazir yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühitinin daha da genişlənəcəyini vurğulayıb. Mikayıl Cabbarov tələbələrimizə ölkə daxilində və ya xaricdə oxumağından asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etməyi, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tövsiyə edib. Biologiya fənni üzrə Respublika müsabiqəsinin qalibi, orta məktəbi qızıl medalla bitirən Mingəçevirdən olan məzun Zaur Vəlizadə ali məktəblərin əmək bazarındakı reytinqi ilə, kimya olimpiadasının qalibi, akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla qurtaran və 644 balla universitetə daxil olan Sergey Styopin isə prezident təqaüdü ilə maraqlanıb. Nazir tələbələrin bütün suallarını ətraflı cavablandırıb, onları narahat edən məsələlərə münasibətini açıqlayıb. Görüşün sonunda Mikayıl Cabbarov təhsilalanlar üçün geniş imkanlar yaradıldığını qeyd edib və hər bir tələbəni dövlətimizin yaratdığı bu fürsətdən yararlanmağa çağırıb.

2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir. Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb. Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək. Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub. Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub. İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib. Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv şəkildə tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.   Ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır: • Tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq; • Şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək; • Şagirdlərin öyrənmə motivasiyası artacaq; • Ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək; • Şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq. • Bütün bunlar son nəticədə təhsildə keyfiyyətin artmasına və yüksək ixtisaslı insan kapitalının formalaşmasına xidmət edəcəkdir.

Təhsil Nazirliyi “Təməl” təqaüd proqramı çərçivəsində ibtidai təhsil səviyyəsində çalışan müəllimlərinin peşəkar inkişafını təmin etmək məqsədilə ehtiyaclara uyğun ixtisasartırma kursları təşkil edib.

İxtisasartırma kursları YUNİSEF-in maliyyə dəstəyi ilə “İnkişaf” Elmi-Praktik Mərkəzi tərəfindən həyata keçirilib. İxtisasartırma kursunun məzmununu müəyyən etmək üçün aparılmış monitorinqin nəticələri təhlil edildikdən sonra seçilmiş müəllimlər üçün 132 saatlıq kurs müəyyən olunub. İlk növbədə, ixtisasartırma kursuna hədəf qrupu kimi cari ildə IV siniflərdə dərs deyən 114 nəfər müəllim cəlb olunub. Əsasən paytaxtın ətraf yaşayış məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib. Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb. İxtisasartırma kursunun yekununda müdavimlərin qiymətləndirilməsi aparılıb. Ümumilikdə, 114 nəfər müdavimdən 113-ü qiymətləndirmədə iştirak edib, onlardan 65 nəfəri (57 faiz) yaxşı nəticə göstərib. Müdavimlərin sertifikatlaşdırılması 2 səviyyə üzrə aparılıb. Yaxın günlərdə “Təməl” təqaüd proqramının bağlanış mərasimi keçiriləcək.

Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirmiş və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmişdir.

Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaqdır. 

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9131 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5619 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 813 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 950 sənəd (578 ərizə, 362 məktub, 10 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə Dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2680 zəng) və çərşənbə axşamı (1763 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1666 müraciət) və cümə (1105 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı