• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Kimya üzrə fənn olimpiadalarının qalibləri elan edilib

Kimya fənni üzrə respublika fənn olimpiadalarının nəticələri açıqlanıb.  Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.  Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın dəstəyi ilə təşkil edilir.  Müvafiq nəticələrlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:   Kimya fənni üzrə nəticələr - aşağı (8-9-cu sinif) yaş qrupu Kimya fənni üzrə nəticələr - yuxarı (10-11-ci sinif) yaş qrupu

Apellyasiya Şurasının iclası keçirilib

Aprel 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   İclasda Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Minə Nərimanovanın, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin məsləhətçisi vəzifəsinə namizədlər Turə Məmmədovanın, Günay Hacıyevanın, Röya Xəlilovanın və Nigar Nərimanovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Bir şikayətin təmin edilməsi, iki şikayətin qismən təmin edilməsi və yenidən müsahibə təşkil olunması, bir şikayətin isə təmin edilməməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.    6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıb.    Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıblar.   Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.  Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.

“Təhsilin Nobeli”ni seçən fondun direktoru “Yeni çağırışlar”da

15 may saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında Varkey Fondunun direktoru Avqustin Porres qonaq olacaq. Avqustin Porres ilə müəllim nüfuzu barəsində danışılacaq.     Fond tərəfindən “Təhsilin Nobeli” olaraq tanınan “Qlobal müəllim mükafatı” təsis edilib. Hər il bu məqsədlə ilin ən yaxşı müəllimi seçilir və qalibə 1 milyon dollar mükafat verilir.   Fond qızların təhsili, təhsildə texnologiya və müəllim hazırlığı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir.   Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Şagirdlər arasında keçirilən “Mexatronika” yarışının qalibləri mükafatlandırılıb

Mayın 12-də "Qızların STEAM və İKT bacarıqlarının artırılması və karyera seçiminə dəstək" layihəsində iştirak edən şagirdlər arasında keçirilmiş “Mexatronika” yarışının final tədbiri və mükafatlandırma mərasimi baş tutub. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens (Alex Heikens), layihə əməkdaşları, şagirdlər iştirak ediblər. Bildirilib ki, sözügedən layihə UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad olmaqla ölkənin 5 bölgəsində ümumilikdə 100 qız şagirdin qatıldığı 50 komanda əvvəlcə “Qadınlar kosmosda” adlı seçim turunda iştirak edib.  “Kosmik texnologiyalarda riyazi həllər” adlı final turunda isə 15 komandadan 30 şagird iştirak hüququ qazanıb. Daha sonra layihə rəhbəri İqrar Nəzərov qonaqları salamlayaraq STEAM layihəsi və bu çərçivədə növbəti ilərdə görüləcək işlərə dair təqdimatla çıxış edib. Elm və təhsil nazirinin müavini Həsən Həsənli öz növbəsində sözügedən layihədə iştirak edən şagirdlərə təbrikini çatdırıb, bu cür layihələrin şagirdlərin gələcək karyera seçimində önəmini vurğulayıb. UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Heikens isə STEAM əsaslı təhsilin şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həmçinin şəxsi keyfiyyətlərini də inkişaf etdirdiyinə xüsusilə toxunub. Sonda yarışda qalib gəlmiş komandalara sertifikat və mükafatlar təqdim edilib. Qeyd edək ki, Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabadda davam etdirilən layihənin əsas məqsədi qız şagirdlərdə 3D çap, modelləşdirmə, kodlaşdırma, CNC lazer kəsim və oyma, həmçinin mühəndislik bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, onların gələcəkdə mütəxəssis kimi yetişməklərinə töhfə verməkdir.

Rusiyada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib

Rusiyanın Ulyanovsk şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. “Ulyanovsk Regional Azərbaycan Milli-mədəni Muxtariyyəti” İctimai Təşkilatı tərəfindən təşkil olunan tədbirlərdə Milli Məclis, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi təmsilçilərindən ibarət nümayəndə heyəti, yerli hakimiyyətin rəsmi şəxsləri, Ulyanovsk Şəhər Dumasının deputatları, yerli ictimaiyyət nümayəndələri, Ulyanovsk və Privoljsk Federal Dairəsi üzrə Azərbaycan diaspor təşkilatlarının rəhbər və fəalları iştirak ediblər.  Qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan 78 nömrəli orta məktəbdə olub, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərsi izləyiblər. Məktəblilərin ifasında Azərbaycan dilində şeirlər səsləndirilib, milli rəqslər nümayiş etdirilib. Heydər Əliyev Fondunun layihəsi əsasında əsaslı təmir olunmuş məktəbdə Azərbaycanın tarix və mədəniyyətini əks etdirən muzey də fəaliyyət göstərir.  Daha sonra Heydər Əliyev adına meydanda ümummilli liderə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb. Sonra “Yeni nəsil” İdman-sağlamlıq Kompleksində Heydər Əliyevin yubileyinə həsr olunmuş cüdo üzrə “Xalqlar dostluğu kuboku” regionlararası turnir keçirilib. Turnirdə Rusiyanın 15 regionundan 350-dən çox idmançı iştirak edib. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Ruskixlə nümayəndə heyətinin görüşündə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsində, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əvəzsiz xidmətlərindən danışılıb. Təhsil, gənclər və idman sahələrində müştərək layihələrin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin tərkibində Elm və Təhsil Nazirliyi tərəfindən Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov iştirak edib. Nazirlik adından qubernatora xatirə hədiyyəsi təqdim edilib. Tədbirlər silsiləsi Qubernator mədəniyyət sarayında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan! Sənə mahnı oxuyuram!” adlı konsertlə yekunlaşıb

“Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib

Mayın 12-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” adlı seminar keçirilib.    Əvvəlcə tədbir iştirakçıları ulu öndərin xatirəsini yad edib, YAP Nizami rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyublar.    Dövlət Himni səsləndirildikdən sonra ümummilli liderin həyat yolu və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ümummilli liderin gənclər qarşısında qoyduğu başlıca tələbi məhz təhsillə bağlı idi. Nazir müavini qeyd edib ki, Heydər Əliyev Azərbaycanın tərəqqisinin yeganə yolunun məhz xalqın yüksək təhsil alması və maariflənməsində olduğunu yaxşı bilirdi. Buna görə də ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil respublikamızın dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyə və mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.     Nazir müavini vurğulayıb ki, ulu öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olub.   

1000 nəfərə yaxın namizəd direktor olmaq üçün müraciət edib

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Elektron qeydiyyat prosesində indiyədək 1000 nəfərə yaxın namizəd iştirak edib.   Hazırda elektron ərizələrin yoxlanılması həyata keçirilir. Qeydiyyat prosesi mayın 17-dək davam edəcək.    Test imtahanı mərhələsində namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə əlaqəli qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Test imtahanında uğur qazanmış namizədlər yazı işi mərhələsinə dəvət olunacaqlar.    Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinə başlanılıb və işə qəbul üçün 1476 nəfər müraciət edib. Test imtahanında 601 nəfər uğur qazanıb.    Mayın sonundan etibarən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrə başlanılacaq.   Ötən ildən etibarən şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu isə test və müsahibə yolu ilə həyata keçirilir.

SABAH qrupları tələbələri arasında idman yarışları keçirilib

Mayın 10-da SABAH tələbələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 28 May – Müstəqillik Gününə həsr olunmuş idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib.    Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin idman sahəsinin inkişafına xüsusi diqqətindən danışıb, 6 istiqamətdə keçirilən idman yarışlarının əhəmiyyətini vurğulayıb.      Daha sonra məlumat verilib ki, ulu öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışlarında şahmat üzrə 82 tələbə, dama üzrə 63 tələbə, atıcılıq yarışlarında isə 19 komanda olmaqla ümumilikdə 75 tələbə iştirak edib. 28 May – Müstəqillik Gününə həsr olunan idman yarışlarında isə futzal üzrə 11 komanda, basketbol üzrə 5 komanda, voleybol üzrə qızlar arasında keçirilən oyunlarda 8 komanda, oğlanlar arasında baş tutan oyunlarda 6 komanda mübarizə aparıb.    Sonra yarışların qalibləri təltif olunublar.      Qeyd edək ki, ölkəmizin idman potensialının gücləndirilməsi və müxtəlif ixtisaslar üzrə SABAH qruplarının qarşılıqlı inteqrasiyasına dəstək məqsədilə layihə çərçivəsində keçirilən idman yarışları tələbələrin emosional və fiziki inkişafına dəstək olur.   

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astarada təhsil festivalı keçiriləcək

Mayın 20-də Astara rayonu dənizkənarı park-bulvar kompleksində təhsil festivalının keçirilməsi nəzərdə tutulur.   Festival Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.   Festivalda Elm və Təhsil Nazirliyinin rəsmiləri, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən çox izləyicinin iştirakı gözlənilir.   Təhsil festivalının gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, intellektual oyunlar, təhsil proqramları, ixtisas seçimi, təhsil kreditləri və müxtəlif mövzulara dair mühazirələr daxildir.   Qeyd edək ki, təhsil festivalı regionda təhsil sahəsinə həsr olunan və yerli ali təhsil müəssisələri, təhsil mərkəzləri, eləcə də regionun kiçik və orta biznes sahibkarlarını bir araya gətirən irimiqyaslı regional tədbirdir.

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı