Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
Aprelin 27-də məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.
Çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib.
İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda baş tutub.
Final mərhələsində Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb.
4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları bala əsasən komandalar böyük və kiçik kubok uğrunda mübarizə aparıb. Böyük kubok oyununun nəticələrinə əsasən, Goranboy rayonunun "The Masters" komandası I, Beyləqan, Xocavənd, Füzuli rayonlarının birgə "Mil" komandası II, Hacıqabul rayonun "Xudmani" komandası III yerə layiq görülüb.
Kiçik kubok uğrunda mübarizədə isə Gəncə şəhərinin "Kayzen" komandası I, Şəmkir rayonunun "Bayraktar" komandası II, Bakı şəhərinin "Sirius" komandası III yerə layiq görülüb.
28.04.2025 - 10:00
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31