Nazir müavini İdris İsayev Macar-Türk Sammitində iştirak edib
28-29 aprel tarixlərində elm və təhsil nazirinin müavini İdris İsayev Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən Mədəniyyət, Ali Təhsil və İnnovasiya üzrə Macar-Türk Sammitində iştirak edib.
Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko açılış nitqi ilə çıxış edib. Nazir Macarıstanın ali təhsil sistemi haqqında məlumat verib və macar universitetləri ilə potensial əməkdaşlıq məsələlərinə toxunub.
Sammit çərçivəsində nazir müavini İdris İsayev təhsilə həsr edilmiş "Regional əməkdaşlığın gücü – Türk Dövlətləri və Macarıstan arasında sıx əməkdaşlıq" adlı paneldə çıxış edib.
Çıxışı zamanı nazir müavini Azərbaycan Respublikası ilə Macarıstan və Türk Dövlətləri Təşkilatı ilə elm və təhsil sahəsində mövcud olan cari əməkdaşlıq haqqında məlumat verib və gələcək inkişaf perspektivlərinə dair təkliflər səsləndirib.
İdris İsayev həmçinin Azərbaycan Respublikasının elm sahəsində strateji tərəfdaşlığa böyük önəm verdiyini və digər türk dövlətləri və Macarıstanla birlikdə bu sahələrdə birgə proqramların, tədqiqat qruplarının və informasiya mübadiləsi sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda “Türk Dövlətləri və Macarıstan arasında ali təhsil, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair” bəyannamə imzalanıb.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
