Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.
20/02/2025 14:08
“Maarifçi”lər nazirlik və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar
2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla başa vuran 10 iştirakçı Elm və Təhsil Nazirliyi və tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıb. Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.
19/02/2025 15:26
Nazir müavini 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib
Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində İran İslam Respublikasına səfər edən elm və təhsil nazirinin müavini İdris İsayev fevralın 17-də Tehran şəhərində keçirilən 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib. Forum çərçivəsində nazir müavini Xəzəryanı ölkələrin elmi və texnoloji əməkdaşlığına həsr olunmuş 6-cı tematik sessiyada çıxış edib. Nazir müavini çıxışında müasir elmi və texnoloji inkişafın əhəmiyyətini vurğulayaraq süni intellekt, yaşıl texnologiyalar və biotexnoloji tədqiqatlar sahəsində əməkdaşlığın vacibliyinə toxunub. Həmçinin Azərbaycan Respublikasının Xəzəryanı ölkələrlə elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib, COP29 çərçivəsində Xəzər dənizinin ekoloji vəziyyətinin araşdırılmasına dair xüsusi proqramın hazırlandığını bildirib.
19/02/2025 11:00
Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi. Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq. Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək. https://president.az
18/02/2025 15:45
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq. https://president.az
18/02/2025 15:31
Vətəndaş müraciətlərinin statistikası
Fevralın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 840 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 740-ı çağrı mərkəzləri, 541-i sosial media, 4 515-i "WhatsApp" vasitəsilə olduğu halda, 997-si elektron, 901-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 146 müraciət qeydə alınıb. Müraciətlər işə qəbul, şagird yerdəyişməsi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.
17/02/2025 14:26
Nazir Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb
Fevralın 14-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sünniya Durrani-Camal ilə görüşüb. Görüş çərçivəsində AİB ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
14/02/2025 15:36
Nazir müavini “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfransda iştirak edib
Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, ali təhsil müəssisələrinin rektorları, tanınmış alimlər, tədqiqatçılar, eləcə də universitet rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Əvvəlcə BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanışlıq olub. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektor əlavə edib ki, BSU-da Qərbi Azərbaycan irsinin araşdırılması və təbliği məqsədilə elmi tədbirlər təşkil edilir, elmi nəşrlər hazırlanır, beynəlxalq akademik əməkdaşlıq genişləndirilir. Həmçinin müvafiq fənlər tədris proqramına daxil edilib. Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsilin pillə və səviyyələrində Qərbi Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, uzun illər Qərbi Azərbaycanın tarixi yetərincə araşdırılmayıb. Lakin son dövrlərdə bu sahədə fundamental tədqiqatlar aparılır, yeni əsərlər işıq üzü görür. Firudin Qurbanov bildirib ki, Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycanla bağlı xüsusi işçi qrup yaradılıb. Bu mövzu tədris proqramlarına artıq daxil edilib. Əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli öz növbəsində “Qərbi Azərbaycana aid dövlət siyasəti” mövzusunda çıxış edərək BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə lazımi materialların mərkəzə təqdim olunacağını bildirib. Konfransda çıxış edən digər qonaqlar Qərbi Azərbaycan mövzusunun akademik və ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Konfrans çərçivəsində “Qərbi Azərbaycanda məktəb və təhsil”, “Qərbi Azərbaycan elmi tədqiqatlarda”, “Qərbi Azərbaycana qayıdış konsepsiyası” və digər mövzularda məruzələr dinlənilib. Eyni zamanda Qərbi Azərbaycanla bağlı aparılan yeni elmi araşdırmaların təqdimatı keçirilib. Filologiya üzrə fəlsəfə doktorları Könül Həsənova və Cəlal Allahverdiyevin "Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi" adlı kitabı ictimaiyyətə təqdim edilib. Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam etdirilib.
13/02/2025 15:00
“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək. Olimpiadada iştirak edən IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcək, eyni zamanda şagirdlər arasında şahmat turniri təşkil ediləcək. Komanda yarışı formatında keçiriləcək olimpiada regional və respublika mərhələlərindən ibarətdir. Cari ilin aprelində keçirilməsi planlaşdırılan regional mərhələnin nəticələri əsasında qaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın final mərhələsi təşkil ediləcək. Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
13/02/2025 11:04
Sağlamlıq haqqında tibbi arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur
Elm və Təhsil Nazirliyi ilə TƏBİB arasında əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Bu çərçivədə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı tibb müəssisələri tərəfindən elektron şəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə ötürüləcək. Məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın sağlamlıq arayışı tibbi yoxlanışdan keçdikdən 48 saat ərzində sistem üzərindən elektron qaydada valideynin şəxsi kabinetində və qəbul olunduğu təhsil müəssisənin inzibatçı kabinetində əks olunacaq. Bu yeniliyə əsasən, valideynlər artıq uşağın sağlamlıq haqqında tibbi arayışını çap edib təhsil müəssisəsinə fiziki şəkildə təqdim etməyə ehtiyac duymayacaqlar. Tətbiq ediləcək bu yenilik sənədləşmə prosesini sürətləndirəcək, şəffaflığı artıracaq, valideynlər üçün əlavə vaxt itkisini aradan qaldıracaq və kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə imkan yaradacaq. Bu da öz növbəsində ekoloji dayanıqlılıq prinsiplərinə uyğun olaraq tullantıların azalmasına və karbon izinin minimallaşdırılmasına töhfə verəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi 2022-ci ildən etibarən www.bq.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
12/02/2025 16:08
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı