Nazir müavini Mir Cəlal Paşayevin yaradıcılıq gecəsində iştirak edib
Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Əməkdar elm xadimi, yazıçı, alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə Gəncə şəhərində yaradıcılıq gecəsi keçirilib.
Mir Cəlal Paşayevin adını daşıyan ev muzeyində keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, MAA rəhbərliyi, həmçinin şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən MAA-nın birinci prorektoru Ədalət Səmədov Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığının özündən sonra gələn nəsillərə örnək olduğunu qeyd edib.
Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov yazıçı, alim və müəllim kimi üç müqəddəs peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı misilsiz xidmətlərinə toxunub. Müəllim, məktəb direktoru, ali məktəb müəllimi olaraq pedaqoji fəaliyyət göstərmiş Mir Cəlal Paşayevin şagird və tələbələrinin nəzərində böyük müəllim, alim olmaqla yanaşı, həm də humanist bir insan olduğunu bildirib.
Nazir müavini əlavə edib ki, tanınmış pedaqoq və elm xadimi olan ədib klassik və müasir ədəbiyyata dair elmi əsərləri, kitabları ilə ədəbi nəslin yetişməsində, öz pedaqoji fəaliyyəti ilə yüksək ixtisaslı kadrların formalaşmasında böyük rol oynayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qədimiliyi və müasirliyi özündə cəmləşdirən Gəncə şəhərinin ruhunda Mir Cəlal izinin olduğunu vurğulayıb.
Çıxış edən digər qonaqlar Mir Cəlal Paşayevin insani keyfiyyətləri ilə xalqımızın yaddaşında bir iz buraxdığını diqqətə çatdırıblar.
Çıxışlardan sonra MAA tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.
27.04.2025 - 15:03
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31