Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar

Oktyabrın 14-də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi və orta ixtisas təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.   Açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın əsas məqsədi, gündəliyi barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini səsləndirib.  Sonra nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı çıxış edərək büdcə və büdcədənkənar vəsaitlər üzrə xərclər smetalarının tərtibi, xərclərdə dürüstləşmələr və xərclərin düzgün proqnozlaşdırılması ilə əlaqədar mühasiblərə bir sıra tövsiyələrini bildirib.  Seminarın gündəliyinə uyğun olaraq daha sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini Ruslan Abuşov “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış ediblər.  Seminarın sonunda “İllik maliyyə hesabatlarının tərtibi zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılmasına dair tövsiyələr” barədə təqdimat mühasiblərin diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

“Pre-COP29” çərçivəsində “Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 11-də “Pre-COP29” çərçivəsində “Dayanıqlı və davamlı gələcəyin gücləndirilməsi: iqlim fəaliyyətində insan inkişafının rolu” adlı tədbir təşkil olunub.   Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO, BMT-nin İnkişaf Proqramı, UNICEF, Beynəlxalq Əmək Təşkilatı, Çoxtərəfli İnkişaf Bankları, eləcə də vətəndaş cəmiyyəti və xeyriyyə təşkilatları daxil olmaqla bir sıra qlobal tərəfdaşlarla məsləhətləşmələr yolu ilə hazırlanmış “İqlim dayanıqlığı üçün insan inkişafı üzrə Bakı təşəbbüsü” təqdim olunub və həmin istiqamətdə müzakirələr aparılıb.   Tədbirdə insan inkişafının iqlim dayanıqlığı strategiyalarına inteqrasiyası ilə bağlı fikir mübadiləsinin aparılması üçün hökumətlərin, beynəlxalq təşkilat və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.   Tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev sözügedən təşəbbüsün məqsədinin uşaq və gənclərin diqqət mərkəzində saxlanılması ilə təhsil, səhiyyə, sosial müdafiə, yaşıl iş yerləri və bacarıqlar vasitəsilə insan inkişafına dəstək vermək və bununla iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb.   BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilmiş birinci paneldə elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Duuli, COP29-un BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə Ofisinin təmsilçisi Kamran Maşhadi iqlim dayanıqlığının formalaşdırılmasında təhsil, yaşıl iş yerləri və sağlamlığın mühüm rolu, eləcə də uşaq və gənclərin bu istiqamətdə fəaliyyətinə dəstək verilməsinin vacibliyi ətrafında müzakirə aparıblar.   Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın moderatorluğu ilə keçirilmiş ikinci panel iqlim fəaliyyətində insan inkişafı üçün maliyyələşdirmənin artırılmasına həsr olunub. Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin direktoru Azər Bayramov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo, Dünya Bankının Cənubi Qafqazda insan inkişafı üzrə nümayəndəsi Ahmet Levent Yener, Qlobal Fondun özəl sektor üzrə rəhbəri Con Ferhörst, Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq siyasət və əlaqələndirmə departamentinin rəhbəri Can-Villem van de Ven və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel davamlı və dayanıqlı gələcək üçün insan inkişafına investisiyaların artırılması məqsədilə innovativ maliyyələşdirmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Neft və qaz sahəsində mühəndislik ixtisasları” üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olunub. Sözügedən siyahını dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” bu gün dərc edib. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır.   Beləliklə, “QS 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.   Qeyd edək ki, QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən 5 əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, “Hirsch” indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil alan tələbələr üçün 16400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb.    Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərinin metodologiyası haqqında ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu davam edir.  Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.  Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Layihə təklifi forması CV forması

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Məqsəd onların peşəkarlıq səviyyəsi və peşə yararlılığının yoxlanılmasıdır.    Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.   Qeyd edək ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Emin Əmrullayev Basketbol Liqasında yeni mövsümün açılışında iştirak edib

Oktyabrın 10-da Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib.    Tədbirdə əvvəlcə ötən mövsümün hesabatı təqdim olunub. Daha sonra Azərbaycan basketbolu ilə bağlı videoçarx nümayiş etdirilib.   Gənclər və idman naziri Fərid Qayıbov geridə qalan illər ərzində basketbol idman növü ilə bağlı bir çox işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, komandaların sayı artdıqca, basketbolun səviyyəsi də inkişaf edir.    Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev əvvəlcə ötən mövsümdə əldə olunan nəticələrə görə idmançılara, məşqçilərə təşəkkürünü ifadə edib. Uşaq basketbolunun inkişafının vacibliyini diqqətə çatdıran Emin Əmrullayev bu istiqamətdə aparılan işlərdən danışıb. Federasiya olaraq addım-addım irəlilədiklərini söyləyən ABF prezidenti əsas məqsədin ölkədə basketbolu daha da populyarlaşdırmaq olduğunu qeyd edib.    Yeni mövsümün daha maraqlı olacağını söyləyən Emin Əmrullayev sonda komandalara uğurlar arzulayıb.    Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024-2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub

Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərində olub.  Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.  Səfər çərçivəsində Mətin Kərimli Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşərək fikir mübadiləsi aparıb. Səfər zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib. Görüşdə Mətin Kərimli regionda fəaliyyət göstərən müəllimlərin zəhmətini yüksək dəyərləndirib, şagirdlərin ideoloji maarifləndirilməsinə xüsusi diqqət ayrılmasının önəmindən danışıb. Aparat rəhbəri Zəfər tariximizin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində müəllimlərin mühüm rola malik olduqlarını diqqətə çatdırıb.  Görüş zamanı şagirdlərin nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin region təhsilinin inkişafı kimi məsələlərlə bağlı müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb. Mətin Kərimli Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində də iştirak edib.  Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Açılış mərasimində  çıxış edən Mətin Kərimli Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan məktəbdə 1200 şagirdin yüksək keyfiyyətli təhsil alması üçün lazımi şərait yaradıldığını bildirib. Dövlətin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün təhsil ocaqlarının müasir infrastruktura malik şəkildə şagirdlərə xidmət göstərəcəyinə əminliyini bildirən Aparat rəhbəri şagirdlərin yaxşı təhsil almasında müəllim və valideyn rolunun vacibliyinə də toxunub.   Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb. Sonra tədbir iştirakçıları təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olublar. Qeyd edilib ki, məktəb 1176 şagird yerlikdir. Məktəbdə  57 sinif otağı, 2 informatika kabineti, 2 idman zalı, 1akt zalı var. Hazırda təhsil ocağında 543 şagird təhsil alır. Məktəbdə tədrisi həyata keçirən müəllimlərin sayı 48, texniki işçilərin sayı 20 nəfərdir.  Bundan başqa, məktəbin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğur qazanmış şagirdləri ilə də görüş keçirilib, onlara uğurlar arzulanıb.     Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetini ziyarət edən Mətin Kərimli ali təhsil müəssisəsinin yeni kampusunun tikinti işləri, eləcə də universitetdə mövcud tədris şəraiti ilə tanış olub.   Tədris prosesini izləyən Mətin Kərimli tələbələrə gələcəkdə yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq üçün tövsiyələrini verib. Mətin Kərimli əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqların qazanılmasının müasir təhsil sistemindəki önəmini vurğulayıb. Universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə sözügedən ali təhsil müəssisəsinin regionun inkişafında mühüm rol oynadığı və bu təhsil ocağının yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın gücləndirilməsinə verdiyi töhfələr xüsusilə vurğulanıb. Mətin Kərimli universitetin gələcək inkişaf strategiyasına dair tövsiyələrini bölüşərək təhsilin davamlı inkişafı və tələbələrin dünya standartlarına uyğun mütəxəssislər kimi yetişməsi üçün fikirlərini bölüşüb.    Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Vətəndaşların nəzərinə!

Elm və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin “Hökumət buludu”na keçidi ilə bağlı növbəti mərhələnin işlərinə 11 oktyabr saat 18:00-dan etibarən başlanılacaq.   Bu səbəbdən nazirliyin vətəndaşlar üçün nəzərdə tutulan elektron xidmətlər və zəng mərkəzinin fəaliyyəti 13 oktyabr saat 23:59-dək dayandırılacaq.   Qeyd olunan tarixdən sonra növbəti həftə ərzində xidmətlərin yoxlanılması işləri aparılacağından həmin müddətdə də elektron xidmətlərin fəaliyyətində müəyyən fasilələr müşahidə oluna bilər.   Anlayışınız üçün təşəkkür edirik.

Nazir müavini Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində olub

Oktyabrın 10-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək olub.    Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub.   Firudin Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması istiqamətində həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.

Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib

Oktyabrın 9-da Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi və məktəbdənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.     Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdir müavini Vüqar Əsgərov seminarın əsas məqsədi və əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini verib.   Sonra Dövlət Vergi Xidmətinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin Əmək münasibətlərinə nəzarət şöbəsinin rəisi Vüsal Qəhrəmanov “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə (hesabatı)” və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev “Sosial sığorta ödəmələri ilə bağlı sığortaedənlərə texniki-metodiki dəstəyin göstərilməsi, bu sahədə tətbiq edilmiş yeniliklər” barədə təqdimatlarla çıxış edərək müvafiq məlumat və tövsiyələri iştirakçıların nəzərinə çatdırıblar.    Seminar təqdimat və müzakirələrlə davam etdirilib.    Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib. 

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı