• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsil mərkəzində TV studiya açılıb

Mayın 17-də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni inşa edilən televiziya  studiyasının açılış mərasimi keçirilib.

Açılış mərasimində qonaqlara məlumat verilib ki, televiziya studiyası kameralar, işıqlandırma vasitələri, səsyazma cihazları və müvafiq köməkçi alətlər daxil olmaqla media sənayesində mövcud olan ən son texnologiyalarla təchiz edilib.

Studiyada sinif otağı, səsyazma və peşəkar videomontaj bölmələri, prodüser otağı, həmçinin 115 kvadrat metr çəkiliş sahəsi təklif edən səs keçirməyən divarlar mövcuddur. Studiya müasir və qabaqcıl öyrənmə mühiti yaratmaqla tələbələrə yaradıcı sənaye məhsulları istehsal etmək və peşə bacarıqlarını təkmilləşdirmək üçün dəstək məqsədi daşıyır.

Bildirilib ki, televiziya studiyasının rəqəmsal öyrənmə resurslarının inkişafı mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bununla yanaşı, studiyanın müxtəlif sağlamlıq imkanlarına malik şəxslərin təliminə dəstək məqsədilə istifadəsi də nəzərdə tutulur.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev son illər ölkə miqyasında peşə təhsilinin inkişafı istiqamətində atılan addımlara diqqət çəkib və yaradıcı sənaye üçün kadr hazırlığının əhəmiyyətini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queniros isə qeyd edib ki, praktik və bazarın tələblərinə əsaslanan biliklərin öyrənilməsi üçün belə məkanların yaradılması olduqca əhəmiyyətlidir.


Qeyd edək ki, yenidənqurmaya dəstək fəaliyyətləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.


1 il əvvəl