• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı beynəlxalq forumun açılış mərasimi

Mayın 18-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı beynəlxalq forumun açılış mərasimi keçirilib. 
 
Forumun məqsədi xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin prosesdə iştirakına dair müzakirələr, həmçinin bu sahədə qabaqcıl təcrübənin öyrənilməsidir.  
 
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilmiş nəticələr, həmçinin agentliyin potensialının gücləndirilməsi istiqamətində beynəlxalq donorlarla əməkdaşlıq və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. 
 
Əsas məruzəçilərdən olan elm və təhsil nazirinin müavini  İdris İsayev Azərbaycanın ali təhsilində keyfiyyət təminatı sahəsində atılmış addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. İdris İsayev “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın hazırlanması zamanı istifadə edilən yanaşma və müvafiq meyarların ali təhsil müəssisələrinə verəcəyi töhfələr barədə danışıb. Nazir müavini qarşıda duran əsas vəzifələrdən biri kimi akkreditasiya prosesinin elektronlaşdırılması üzrə aparılan işləri forum iştirakçılarının diqqətinə çatdırıb və ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesinin rəqəmsal idarəedilməsinə keçidin təmin olunacağını bildirib. 
 
İdris İsayev sonda beynəlxalq forumun ali təhsildə keyfiyyət təminatı mövzusunda aktual mövzuları əhatə etməsinin, həmçinin sahə üzrə qabaqcıl xarici agentliklərin rəhbər şəxsləri və tanınmış beynəlxalq ekspertlərin dəvətinin xüsusi əhəmiyyətini vurğulayıb. 
 
Qeyd edək ki, iki gün davam edəcək konfransın ilk günündə çıxışlar zamanı ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər məsələlərə toxunulub.  
 
Eyni zamanda, panel müzakirələr zamanı təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatında tələbə təmsilçiliyinin önəmi və probleməsaslı öyrənmənin təmin edilməsində istifadə olunan yanaşma və strategiyalar haqqında fikir mübadiləsi aparılıb. 
 


1 il əvvəl