“Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqrama start verilir
“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqrama start verilir. Proqram 18-25 may tarixlərini əhatə edir.
Elm və Təhsil, Mədəniyyət nazirliklərinin əməkdaşlığı və Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilən proqramın məqsədi ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliği, məktəblilərin ulu öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, təhsilalanların muzey, qoruq və Heydər Əliyev mərkəzləri kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası, etnoqrafik aspektləri ilə tanış olmasından ibarətdir.
Proqram çərçivəsində məktəblilərin Bakı şəhərində yerləşən muzeylərə, həmçinin ilk dəfə olaraq regionlarda fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və Heydər Əliyev mərkəzlərinə, ümumilikdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 100 mədəniyyət müəssisəsinə ekskursiyaların təşkili planlaşdırılır. Ekskursiyalara məktəblilər və Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri də cəlb ediləcəklər.
“Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqram 100 mədəniyyət müəssisəsini əhatə etdiyi üçün ekskursiyalarda 100 000 məktəblinin iştirakı nəzərdə tutulur.
1 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərimizin 28-ci Balkan Riyaziyyat Olimpiadasında möhtəşəm uğuru
29.06.2024 - 13:19 -
"Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib
27.06.2024 - 17:00 -
Bakıda “Baku ID” innovasiya festivalı başlayıb
27.06.2024 - 13:00 -
Müəllimlərin işə qəbuluna start verilir
26.06.2024 - 11:28 -
BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb
25.06.2024 - 20:00