Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbli qızlar olimpiadada uğur qazanıblar

Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 43 ölkədən 172 şagirdin iştirak etdiyi olimpiadaya Avropa ölkələri ilə yanaşı ABŞ, Yaponiya, Hindistan, Braziliya və digər ölkələrin məktəbliləri də qatılıblar. Azərbaycan məktəbliləri ikinci dəfədir ki, bu olimpiadada iştirak edib. Olimpiadada şagirdlər  ümumilikdə  6 tapşırıq üzrə billik və bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanı  olimpiadada təmsil edən qızlarımız bu mötəbər bilik yarışında nailiyyət əldə ediblər. Belə ki, İ.Əfəndiyev adına “Elitar” gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova və  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan “Honourable Mention” sertifikatına layiq görülüblər.  Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvləridir.

Tələbələr arasında futbol çempionatının yarımfinal turu

Aprelin 14-də ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının yarımfinal görüşü keçirilib. Yarımfinal oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qarşılaşıb. Oyunun nəticələrinə əsasən, aprelin 29-da keçiriləcək final görüşündə BDU və ADBTİA komandaları qarşılaşacaq. Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən,  ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil NazirliyiGənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir. FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunur. Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.

“Peşəkar ol” layihəsinə başlanılıb

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlar üçün "Peşəkar ol" proqramına start verib. Layihənin məqsədi pedaqoji ali təhsil alan tələbələrdə  qeyri-standart təfəkkürü inkişaf etdirmək,  yeniliyə açıq təhsil işçiləri formalaşdırmaq, onlarda  peşəyə loyallıq tərbiyə etmək, eləcə də xüsusi  fərqlənənləri institutla  əməkdaşlığa cəlb etməkdir.  “Peşəkar ol” proqramı “Oyrətmək iddiası olanın öyrənmək əzmi gərək” devizi altında təşkil olunub. Proqram üzrə seçilən tələbələr "Müasir təhsilin xüsusiyyətləri", "Təhsilin məzmunu, kurikulum, tədris metodikası", "Şagird-müəllim münasibətləri",  "İKT-nin təhsilə tətbiqi",  "Auditoriya ilə iş" və digər mövzulu seminarlarda iştirak edəcəklər. "Media savadlılığının əsasları" adlı modula isə proqramda xüsusi yer ayrılır.  Bu modul üzrə müxtəlif məzmunlu və formalı informasiyanı axtarmaq, təhlil etmək, qiymətləndirmək, habelə mediamətn hazırlamaq bacarıqları öyrədiləcəkdir. Seminarlar TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilir. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara  sertifikat veriləcəkdir.

Məktəblilər arasında yarışlar davam edir

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman yarışları davam edir. İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində akrobatika gimnastikası, Xaçmaz Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma güləşi, Cəlilabad Olimpiya İdman Kompleksində basketbol, Şirvan Olimpiya İdman Kompleksində taekvando, Lənkəran Uşaq-Gənclər İdman Məktəbində atletika idman növləri üzrə zona yarışları keçirilib. İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində keçirilən yarışın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov idmançıları təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək məqsədi ilə keçirilən yarışların şagirdlər arasında idmana meyl və marağın gücləndirilməsində, idmanın kütləviliyinin artırılmasında əhəmiyyətli rol oynadığını bildirib. 700 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Xaçmaz, II yerə Siyəzən, III yerə Abşeron, Yunan-Roma güləşi idman növü üzrə I yerə Sumqayıt, II yerə Abşeron, III yerə Qusar, basketbol idman növü üzrə I yerə Cəlilabad, II yerə Lənkəran, III yerə Lerik, taekvando idman növü üzrə I yerə Zərdab, II yerə Laçın, III yerə Saatlı, atletika idman növü üzrə I yerə Lənkəran, II yerə Salyan, III yerə Astara, akrobatika gimnastikası idman növü üzrə I yerə Səbail, II yerə Nizami, III yerə Suraxanı rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaq.

Kanadada təhsil alan azərbaycanlı tələbə: “Seçdiyim peşə olduqca böyük imkanlara malikdir” - Uğur formulu

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Kanadanın Vaterloo Universitetinin tələbəsi Leyli Məmmədzadədir. Layihə Təhsil Nazirliyi və  1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Leyli Məmmədzadə 1997-ci il iyunun 30-da Bakı şəhərində anadan olub. 2003-2014-cü illərdə Bakı Avropa Liseyində təhsil alıb. 2014-cü ildə liseyi bitirdikdən sonra 3 ali məktəbdən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kanadanın Toronto və Vaterloo universitetlərindən qəbul təklifi alıb. O, təhsil alacağı ali məktəb kimi Vaterloo Universitetini seçib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsinin kompüter elmləri ixtisasında təhsil alır, III kurs tələbəsidir.   “Müəllimlərim mənə böyük dəstək olublar”  - Bakı Avropa Liseyində təhsil aldığım illərdə müəllimlərim mənə böyük dəstək olublar. Onların verdikləri biliklər sayəsində mən məktəbdə təşkil olunmuş “Kiçik Akademiya”nın müsabiqələrində dəfələrlə yüksək yerlər tutmuş, fransız, ingilis dilləri, digər fənlər üzrə olimpiada və müsabiqələrdə iştirakçı və qalib olmuşam. Məktəb illərində ən yaddaqalan hadisələrdən biri də X sinifdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin keçirdiyi YLP (Gənc Liderlər Proqramı) müsabiqəsinin qaliblərindən biri kimi ABŞ-a səyahət oldu. Azərbaycanın müxtəlif bölgələrindən olan qaliblərlə birgə ABŞ-ın bir neçə ştat və şəhərlərində olduq, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycanı tanıtmağa çalışdıq. Səyahətin ən unudulmaz məqamı - təbiətin möcüzəsi olan Böyük Kanyon oldu.   “Valideynlərim mənim seçimimi dəstəklədilər” - İxtisas seçimimdə qardaşımın məsləhəti böyük rol oynadı. O, müasir həyatda kompüter elmlərinin danılmaz rolunu görür, bunu mənə də sübut edirdi. Qardaşım mənim ən böyük dostum və məsləhətçimdir. Bu ixtisas üzrə nüfuzlu universitetləri seçərkən Vaterloo Universitetinin ən yüksək pillələrdən birində olduğunu görərək oraya müraciət etdim, dəvət aldım. Valideynlərim mənim seçimimi dəstəklədilər. Xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət etdim. Dövlət Proqramı hər birimiz üçün son dərəcə geniş imkanlar açıb. Təhsil aldığım universitetdə dünyanın hər yerindən tələbələr var. Onlar azərbaycanlı gənclərin dövlətimizin dəstəyi ilə təhsil almasına çox heyrətlənir, hətta mənə həsəd və hörmətlə yanaşırlar. Dünyada tələbələrin bu cür Dövlət Proqramı ilə dəstəklənməsi istisna haldır. Oxuduğum fakültə və ixtisas mürəkkəbdir, asudə vaxt demək olar ki, yoxdur. Olanda isə dostlarımla kinofilmlərə baxırıq, idmanla məşğul oluruq, tələbə şəhərciyinə gətirilən əyləncə məkanlarına baş çəkirik. Həmyerlim olan rəfiqəmlə Niaqara Şəlaləsinə səyahət də etmişik. Ən yaddaqalan məqamlardandır.   “Müəllimlərin tələbələr tərəfindən qiymətləndirmə reytinqi var” - Kanadanın təhsil sisteminin üstünlükləri göz önündədir. Bu haqda bir qədər ətraflı danışmağa dəyər. Təhsilin hər bir aspekti: yataqxanalar, kitabxana, müxtəlif formada dərs vəsaitləri - istər çap, istərsə elektron variantlarda; professor - müəllim - köməkçi heyəti - hər şey sənin təhsilinə, inkişafına yönəlib. Professorlar, müəllimlərlə əlaqə həm onların qəbul vaxtı, əyani, həm də internetdə xüsusi portallarda və ya elektron poçt vasitəsilə həyata keçir. Bütün yaranan problemlərlə əlaqədar onlara müraciət edə bilərsən. Hətta öz müəllimin deyil, digər müəllim də sənə yardımçı ola bilər. Xüsusi saatlarda yuxarı kurs tələbələri müəllimlərin köməkçisi vəzifəsində işləyərək məsləhət verir, praktiki kömək göstərirlər. Hər bir tələbə dərs saatlarını, fənləri, müəllimləri özü seçir, özünə cədvəl tərtib edir. Müəllimlərin tələbələr tərəfindən qiymətləndirilmə reytinqi var. Müəllimlər öz peşəsinin vurğunudur. Hər biri öz sahəsinin uğurlu peşəkarıdır. Onlardan birini – riyazi statistika müəllimim, həmyerlimiz professor İlham Axundovu xüsusi qeyd etmək istərdim. Məhz İlham müəllim Vaterloo Universitetinin Azərbaycanda ən nüfuzlu təbliğatçısı olmuş, ilk abituriyentlər onun sayəsində Dövlət Proqramı üzrə orada təhsil almışlar.   Test və semester imtahanları son dərəcə ciddi aparılır - Vaterloo Universitetinin bir özəlliyi də var. Kanadada ilk dəfə olaraq tələbəyə dərs ili ərzində ixtisası üzrə işləmək imkanı yaradılıb. Dərs ili 3 semestrdən ibarətdir. İşləməklə oxumaq təhsil formasını seçən tələbə bu semestrlərin ikisini təhsilə, birini isə işə həsr edə bilər. Bu zaman universitet iş tapmaqda məsləhətçi, yardımçı, hətta iş təklif edən ola bilər. Semestr ərzində iki dəfə sessiya olur: orta və final. Orta sessiyanın nəticələri final sessiyasına təsir edir. Test və semestr imtahanları son dərəcə ciddi aparılır. Bütün məlumatlar kimi, hər bir tələbə üçün imtahanın keçiriləcəyi bina, otaq, sıra, yer xüsusi saytda qeyd olunur. İmtahan vərəqinin üzərində tələbə kartının məlumatları və fotoşəkil olur. İmtahana müəllimlər və köməkçilər nəzarət edirlər. Universitetimizdə azərbaycanlı tələbə çox deyil. Asudə vaxtımız az olsa belə biz daim bir-birimizdən xəbərdarıq. Xüsusi günləri birgə qeyd etməyə çalışırıq. Ottava, Toronto, Vaterloo universitetlərinin azərbaycanlı tələbələri tərəfindən təşkil olunduğu “Xocalıya ədalət!” yürüşünü, Yeni il, Novruz bayramlarını qeyd edərdim. Hər bir qənc kimi, mənim də arzularım tükənməzdir. Ən böyük arzum gərəkli insan olmaqdır. Seçdiyim peşə olduqca böyük imkanlara malikdir, hər bir sahənin inkişafında əhəmiyyətli rol oynayır. İstərdim ki, Vətənə, xalqa xidmət edim, öz əməyimlə mənə göstərilən böyük etimadı, dəstəyi doğruldum.   1news.az

“Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə

Aprelin 12-də Bakı şəhər məktəbliləri arasında II “Kosmonavtika günü”nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı FonduAzərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilib. Dünyada “Kosmos Günü” kimi tanınan bu tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb.  Müsabiqədə Bakı şəhəri üzrə fəaliyyət göstərən “Ekoklub”ların üzvləri və ümumtəhsil məktəbləri şagirdlərinin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, kosmosa aid fantastik bədii və ya cizgi filmlərinin qəhrəmanlarına həsr olunmuş rəsmlər, plastilindən hazırlanmış kosmik “bədheybətlər”in fiqurları nümayiş etdirilib. 4 nominasiya üzrə yaradıcılıq işlərinə baxış keçirilib və qaliblər müəyyənləşdirilib. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar diplom və sertifikatlara layiq görülüblər. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Müsabiqədə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" ansamblı çıxış edib.

Ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanının I mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universitetinin tələbələri mümkün 100 baldan 99 bal toplayıb. Həmin tələbələrin təəssüratlarını təqdim edirik: Qalib Sarayev - Bakı Mühəndislik Universiteti Qalib Sarayev Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyi qızıl medalla bitirib, 667 balla ali məktəbə daxil olub. Magistraturaya qəbul imtahanının birinci mərhələsində mümkün 100 baldan 99 bal toplayıb: “Məqsədim ən yüksək bal toplayaraq birinci olmaq idi. İmtahandan sonra ümidim var idi ki, yüz bal toplamışam. Amma birincilikdən cəmi bir bal ayırdı. Təhsilimi Bakı Mühəndislik Universitetində davam etdirəcəyəm. Bundan sonra məqsədim öz ixtisasım üzrə peşəkar olmaq üçün çalışmaqdır. Hesab edirəm ki, təhsilim hələ qarşıdadır. İxtisasım üzrə irəli gedib, dünyanın tanınmış İT şirkətlərində çalışmaq istəyirəm”. Fəxri Qurbanzadə - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Fəxri Qurbanzadə Bərdə rayon Qarağacı kənd tam orta məktəbini bitirib, 641 balla ali məktəbə daxil olub. Magistraturaya qəbul imtahanının birinci mərhələsində 99 bal toplayıb: “Akademiyada dərslərə hər zaman hazırlıqlı olmuşam. Magistraturaya hazırlaşan zaman da çalışırdım ki, məsuliyyəti olum. Çünki məqsədim var idi, maksimum bal toplamalı idim. Sualların hamısını cavablandırmışdım.Sadəcə cəmi birində diqqətsizlik etdim. İxtisasım beynəlxalq münasibətlərdir. Elə ixtisasım üzrə də Dövlət İdarəçilik Akademiyasında təhsilimi davam etdirəcəyəm”. Yaşar Nəsibov - Bakı Mühəndislik Universiteti Yaşar Nəsibov 2012-ci ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbi qızıl medalla bitirib, 679 balla  ali məktəbə qəbul olub. 5 il ərzində Prezident təqaüdü ilə təhsil alan Yaşar magistratura qəbul imtahanında 99 bal toplayıb: “Respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Uğur qazanmaq üçün ailəmin, yaxınlarımın, müəllimlərin dəstəyi çox böyük oldu. Əgər qarşına məqsəd qoyursansa, onun üçün çalışmaq lazımdır və o zaman nəticəni mütləq görmək olur. Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıram. Təhsilimi Bakı Mühəndislik Universitetində davam etdirəcəyəm”.  

“Qızıl Bayt 2017”-nin ölkə qalibləri bəlli oldu

IT STEP akademiyasında “Qızıl Bayt  2017” (Golden Byte) beynəlxalq kompüter çempionatının ölkə mərhələsi üzrə final yarışı keçirilib. 100 nəfər finalçının qatıldığı yarışda “Oyun dizaynı” nominasiyası üzrə SABAH Qrupları tələbəsi Ağababa Bağırovun hazırladığı "The Little Hero" oyunu 1-ci yer tutub. Qalib aprelin 22-də Kiyev şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək.  “Web-layihələr” nominasiyası üzrə SABAH Qrupları tələbələrinin "Zoom-X" layihəsi 3-cü yerə layiq görülüb. Çempionat STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilir. Yarışların keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdir. Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə olaraq çempionatda iştirak edir. Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.  9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam etdirilib. Şəmkir Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi, Xaçmaz Olimpiya İdman Kompleksində atletika, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Balakən Olimpiya İdman Kompleksində boks, Masallı Olimpiya İdman Kompleksində cüdo, Salyan Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində karate idman növləri üzrə zona yarışları keçirilib. 900 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda Yunan-Roma güləşi idman növü üzrə I yerə Gəncə, II yerə Goranboy, III yerə Şəmkir, atletika idman növü üzrə I yerə Xaçmaz, II yerə Xızı, III yerə Sumqayıt, basketbol idman növü üzrə I yerə Şirvan, II yerə Hacıqabul, III yerə Sabirabad, boks idman növü üzrə I yerə Balakən, II yerə Ağdaş, III yerə Ağsu, cüdo idman növü üzrə I yerə Masallı, II yerə Lənkəran, III yerə Biləsuvar, stolüstü tennis idman növü üzrə I yerə Salyan, II yerə Masallı, III yerə Neftçala, karate idman növü üzrə I yerə Nəsimi, II yerə Sabunçu, III yerə Suraxanı rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaqdır.

Məzunlarla “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda görüş

Aprelin 11-də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə “Sahibkarlıq və startap fəaliyyəti” mövzusunda növbəti işgüzar panel keçirilib. Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk işgüzar panel ötən ilin dekabr ayında “ADA” Universitetində keçirilib. Bu dəfəki görüşün məqsədi Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, startap və sahibkarlıq sahəsinin inkişafına dəstək göstərilməsi, bu sahələr üzrə məzunlar arasında təcrübə, bilik və əlaqələrin artırılması, eləcə də fikir mübadiləsinin aparılmasına şərait yaratmaqdır. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ali təhsil müəssisələrinin rəhbərləri, startap və sahibkarlıq sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarının nümayəndələri, xaricdə təhsil almış məzunlar iştirak edib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ötən illər ərzində Dövlət Proqramı üzrə təhsillərini başa vurub ölkəyə qayıdan məzunlar hazırda müxtəlif sahələrdə, dövlət və özəl qurumlarda çalışırlar. Həmçinin xaricdə təhsil alan yüzlərlə məzun aparıcı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Dövlət Proqramının məzunu və GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə məzunlarla görüşlərin keçirilməsini yüksək qiymətləndirib, gənc sahibkarlar üçün yaradılan şəraitdən danışıblar.       Məzunlar gənc sahibkarlıq və startap fəaliyyətininin inkişafı, gələcək perspektivləri ilə bağlı açıq fikir mübadiləsinə qoşulub, rəy və təkliflərini söyləyiblər.  Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri və sahibkarlar arasında işgüzar  görüşlər təşkil olunub. 

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı