“Qızıl Bayt 2017”-nin ölkə qalibləri bəlli oldu
IT STEP akademiyasında “Qızıl Bayt 2017” (Golden Byte) beynəlxalq kompüter çempionatının ölkə mərhələsi üzrə final yarışı keçirilib. 100 nəfər finalçının qatıldığı yarışda “Oyun dizaynı” nominasiyası üzrə SABAH Qrupları tələbəsi Ağababa Bağırovun hazırladığı "The Little Hero" oyunu 1-ci yer tutub. Qalib aprelin 22-də Kiyev şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək.
“Web-layihələr” nominasiyası üzrə SABAH Qrupları tələbələrinin "Zoom-X" layihəsi 3-cü yerə layiq görülüb.
Çempionat STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilir.
Yarışların keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdir.
Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə olaraq çempionatda iştirak edir.
Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.
9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir.
İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub.
9 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
