Ən yüksək bal toplayan tələbələr
Magistratura imtahanının I mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universitetinin tələbələri mümkün 100 baldan 99 bal toplayıb. Həmin tələbələrin təəssüratlarını təqdim edirik:
|
Qalib Sarayev Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyi qızıl medalla bitirib, 667 balla ali məktəbə daxil olub. Magistraturaya qəbul imtahanının birinci mərhələsində mümkün 100 baldan 99 bal toplayıb: “Məqsədim ən yüksək bal toplayaraq birinci olmaq idi. İmtahandan sonra ümidim var idi ki, yüz bal toplamışam. Amma birincilikdən cəmi bir bal ayırdı. Təhsilimi Bakı Mühəndislik Universitetində davam etdirəcəyəm. Bundan sonra məqsədim öz ixtisasım üzrə peşəkar olmaq üçün çalışmaqdır. Hesab edirəm ki, təhsilim hələ qarşıdadır. İxtisasım üzrə irəli gedib, dünyanın tanınmış İT şirkətlərində çalışmaq istəyirəm”. |
|
|
|
Fəxri Qurbanzadə Bərdə rayon Qarağacı kənd tam orta məktəbini bitirib, 641 balla ali məktəbə daxil olub. Magistraturaya qəbul imtahanının birinci mərhələsində 99 bal toplayıb: “Akademiyada dərslərə hər zaman hazırlıqlı olmuşam. Magistraturaya hazırlaşan zaman da çalışırdım ki, məsuliyyəti olum. Çünki məqsədim var idi, maksimum bal toplamalı idim. Sualların hamısını cavablandırmışdım.Sadəcə cəmi birində diqqətsizlik etdim. İxtisasım beynəlxalq münasibətlərdir. Elə ixtisasım üzrə də Dövlət İdarəçilik Akademiyasında təhsilimi davam etdirəcəyəm”. |
|
|
|
Yaşar Nəsibov 2012-ci ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbi qızıl medalla bitirib, 679 balla ali məktəbə qəbul olub. 5 il ərzində Prezident təqaüdü ilə təhsil alan Yaşar magistratura qəbul imtahanında 99 bal toplayıb: “Respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Uğur qazanmaq üçün ailəmin, yaxınlarımın, müəllimlərin dəstəyi çox böyük oldu. Əgər qarşına məqsəd qoyursansa, onun üçün çalışmaq lazımdır və o zaman nəticəni mütləq görmək olur. Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıram. Təhsilimi Bakı Mühəndislik Universitetində davam etdirəcəyəm”. |
9 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16

Qalib Sarayev - Bakı Mühəndislik Universiteti
Fəxri Qurbanzadə - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Yaşar Nəsibov - Bakı Mühəndislik Universiteti