Məktəbli qızlar olimpiadada uğur qazanıblar
Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 43 ölkədən 172 şagirdin iştirak etdiyi olimpiadaya Avropa ölkələri ilə yanaşı ABŞ, Yaponiya, Hindistan, Braziliya və digər ölkələrin məktəbliləri də qatılıblar. Azərbaycan məktəbliləri ikinci dəfədir ki, bu olimpiadada iştirak edib.
Olimpiadada şagirdlər ümumilikdə 6 tapşırıq üzrə billik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycanı olimpiadada təmsil edən qızlarımız bu mötəbər bilik yarışında nailiyyət əldə ediblər. Belə ki, İ.Əfəndiyev adına “Elitar” gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan “Honourable Mention” sertifikatına layiq görülüblər.
Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvləridir.
9 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
