Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Həsən Həsənli "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" tədbirində çıxış edib

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Adaptasiya və ambisiya kimi təhsil: Ətraf mühit təhsilinə yeni yanaşma" mövzusunda tədbir keçirilib.    İqlim dəyişikliyinə qarşı mübarizədə təhsilin roluna həsr olunmuş tədbirdə təhsilin davamlı inkişafı və ekoloji problemlərin həllindəki əhəmiyyəti müzakirə edilib.   Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsilin iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli rolunu diqqətə çatdırıb.Son illərdə ölkəmizin təhsil sisteminə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusi diqqət ayrıldığını vurğulayan Həsən Həsənli qeyd edib ki, bütün bunlar şagirdlərimizin ətraf mühit problemlərinə və dayanıqlılığa töhfə verməsinə hesablanıb.Azərbaycanda uğurla tətbiq olunan STEAM təhsili şagirdlərin yaşıl enerji, dayanıqlılıq və yeni texnologiyalarla bağlı real layihələr üzərində işləməsinə imkan yaradır.    Həsən Həsənli çıxışında təhsil prosesində iqlim dəyişikliyi mövzusunu tədris etmək üçün müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.    Nazir müavini həmçinin ali təhsildə iqlim həllərinə dair tədqiqatların təşviq edildiyini və COP29 çərçivəsində dayanıqlılıq mövzusunda müzakirələrin davam etdiriləcəyini bildirib.   Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

COP29 çərçivəsində “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək

Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək.    Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə yaşıl zonada keçiriləcək.   Sözügedən tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası da təşkil olunacaq.

Elm və təhsil nazirinin müavini Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclasında iştirak edib

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclası keçirilib.   Elm və təhsil nazirinin müavini Həsən Həsənli də iclasda iştirak edib.    Çıxış edən Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov beynəlxalq layihələrin müzakirəsinə həsr olunmuş iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.    İclasda iqlim dəyişikliyi ilə mübarizə sahəsində aparılan tədqiqatlarla bağlı təqdimatlar nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb

Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə görüşüb.   Görüş zamanı COP29 çərçivəsində təhsil sahəsində həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib

COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçiriləcək

Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Saïd” Biznes Məktəbi, eləcə də "Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi təşkil olunacaq.    Müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.    Qeyd edək ki, “İqlim dəyişikliyi" müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1 000-dən çox müraciət daxil olub.

Həsən Həsənli "British Council"ın “Climate Connection” proqramının təqdimatında iştirak edib

Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "British Council" tərəfindən “Climate Connection” (İqlim Bağları) proqramının təqdimatı keçirilib.    Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli də iştirak edib.    Məlumat verilib ki, “Climate Connection” (İqlim Bağları) proqramı qlobal iqlim əməkdaşlığı üçün platforma rolunu oynayaraq 22 milyon şəxsi əhatə edir və 7500-dən çox tərəfdaşı bir araya gətirib.   Bu il "British Council" iqlimlə bağlı müzakirələrdə əsas fəaliyyətini iqlim dəyişikliyi ilə mübarizədə incəsənətin, mədəniyyətin və təhsilin rolunu artıraraq gənclərin təşəbbüsünün gücləndirilməsi, eləcə də maraqlı tərəflərlə müzakirələrin aparılmasına yönəldib.    Bildirilib ki, COP29 zamanı "British Council" Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının apardığı tədqiqatları, ekspert panellərini, seminarları, təlim və interaktiv sessiyaları təqdim edəcək.

COP29 çərçivəsində şagirdlərin iqlim savadlılığının ölçülməsinə dair təşəbbüs müzakirə ediləcək

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.    Noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellər təşkil ediləcək. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur.    “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.  “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək.    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək.

Emin Əmrullayev UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Noyabrın 7-də elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla ilə görüşüb.   Görüş çərçivəsində elm və təhsil sahəsində təşkilat ilə cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib, həmçinin COP29 çərçivəsində təhsil sahəsinə aid təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə qəbulun yekun nəticələri açıqlanıb.    Belə ki, avqustun 13-də elan olunmuş və 2024/2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanan 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.) 23 nəfər təqaüdçü proqramdan imtina edib, əvəzinə ehtiyat siyahısından namizədlər seçilib. Ümumilikdə bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfə təqaüdçü adını qazanıb.    Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq.  2022-ci ildə başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb.  Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bu günədək  156 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na köçürülüb.  Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən informasiya sistemləri və ehtiyatları qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. TSİİ “Hökumət buludu” layihəsi çərçivəsində Yerləşdirmə (Colocation) xidmətindən yararlanmaqla informasiya resurslarını köçürərək kritik sistemlərin yüksək əlçatanlığını təmin edib. Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təhlükəsizliyin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı