Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat!
2025-2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir. Proqrama son müraciət tarixi 15 iyundur.
Dövlət Proqramına müraciət zamanı sənədlərini düzgün şəkildə təqdim edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Müsahibələrə 25 iyun 2025-ci il tarixindən etibarən start veriləcək. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasında yer alan şəxsi kabinetləri üzərindən bildiriləcək.
2025-2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində yekun nəticələrin iyul ayının sonunda açıqlanması nəzərdə tutulur.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
