“Mənim dayanıqlı həyat tərzim” proqramına start verilib
BMT-nin Ətraf Mühit Proqramı (UNEP), həmçinin BMT-nin Sistem işçiləri kolleci (UNSSC) tərəfindən “Mənim dayanıqlı həyat tərzim” adlı proqrama start verilib.
Proqramın məqsədi uşaq və gənclərin daha yaxşı, sağlam, ədalətli prinsiplərə uyğun yaşam tərzi seçmələrinə, eləcə də dayanıqlı addımların atılması üçün əsaslandırılmış məlumatlar əldə etmələrinə şərait yaratmaqdır.
Proqramda iştirak üçün dünyanın müxtəlif ölkələrindən 3500-dən çox müraciət daxil olub və onlardan 1000 nəfəri iştirak haqqı qazanıb. Azərbaycandan ilk dəfə olaraq Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin ekoklub üzvləri, "EkoSfera" Sosial-ekoloji Mərkəz İctimai Birliyinin könüllü və gənc əməkdaşları sırasından 45 nəfər proqramda iştirak imkanı əldə edib.
Qeyd edək ki, sözügedən proqram insanları gündəlik həyatlarında daha dayanıqlı davranış seçimlərinə cəlb edən innovativ öyrənmə platformasıdır. Proqram 5 iyun-17 iyul tarixlərini əhatə edəcək.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
