Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir
Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılış mərasimi baş tutub. Sərgi Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsil müəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir. Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbek çıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlarda elm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədə danışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, iki gün davam edəcək təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə etmək mümkündür. Sərgidə iştirak ödənişsizdir. Məlumat üçün bildirək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur.
04/03/2025 17:40
Azərbaycan və Qazaxıstanın ali təhsil imkanları müzakirə edilib
Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər. “Dəyirmi masa”ya evsahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Rektor rəhbərlik etdiyi universitetdə çalışan qazaxıstanlı akademik heyətin peşəkarlığını vurğulayaraq gələcəkdə Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini qeyd edib. Çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstanın Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb. Qarşılıqlı akademik və elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunan Sayasat Nurbek əlavə edib ki, iki ölkə arasında hazırda təhsil strategiyaları, tərəfdaş universitetlərlə əməkdaşlıq planları və innovativ yanaşmalar üzərində işlər aparılır. Nazir bildirib ki, akademik və tədqiqat sahələrində yeni imkanlar yaratmaq üçün birgə fəaliyyət genişləndirilir. Elm və təhsil naziri Emin Əmrullayev də öz növbəsində Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub. Emin Əmrullayev qeyd edib ki, hər iki ölkənin öz milli maraqları mövcuddur və bu maraqlara əsaslanaraq təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verilib. Nazir vurğulayıb ki, əsas məqsəd ali təhsili gücləndirmək və universitetlərimizin davamlı inkişafını təmin etməkdir. Bakıda ilk dəfə keçiriləcək Qazaxıstan universitetlərinin təhsil sərgisindən söz açan Emin Əmrullayev qeyd edib ki, bu tədbir akademik əməkdaşlıq üçün mühüm bir addımdır. Nazir hər iki ölkənin universitetlərini qarşılıqlı sıx əməkdaşlığa çağırıb. “Dəyirmi masa”da çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel həm Qazaxıstanda, həm də Azərbaycanda təhsil sahəsində geniş islahatlar aparıldığını vurğulayaraq hər iki ölkənin bu sahədə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu əlavə edib. Çıxış edən Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələrinin rəhbərləri ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrdən, əməkdaşlıq imkanlarından danışıblar. “Dəyirmi masa” çərçivəsində təşkil edilən “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsində "Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları", “Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi" və "Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması" mövzularında fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra hər iki ölkədən ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.
04/03/2025 15:00
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb
Martın 4-də elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb. Görüş çərçivəsində Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.
04/03/2025 12:00
Elm və təhsil naziri Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib. 27-28 fevral tarixlərində nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb. Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki bazası və laboratoriyaları ilə tanışlıq olub. Martın 1-də isə elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar və Yıldız Texniki Universitetinin rektoru Eyüp Debik ilə görüşüb. Tərəflər Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Daha sonra nazir Emin Əmrullayev bu universitetlərin tədris şəraiti, maddi-texniki bazaları və laboratiyaları ilə yaxından tanış olub.
03/03/2025 17:00
Vətəndaş müraciətlərinin statistikası
Fevralın 15-dən 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 27 684 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 797-si çağrı mərkəzləri, 640-ı sosial media, 4 651-i "WhatsApp" vasitəsilə olduğu halda, 989-u elektron, 863-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 744 müraciət qeydə alınıb. Müraciətlər işə qəbul, şagird yerdəyişməsi, sertifikatlaşdırma, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.
03/03/2025 15:30
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları təşkil ediləcək. Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi
03/03/2025 14:46
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrə oyunlarına start verilib
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrənin ilk oyunları keçirilib. Liqanın A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub. Oyun Azərbaycan İdman Akademiyasının komandasının 5:0 qələbəsi ilə bitib. Daha sonra keçirilən oyunlarda Bakı Dövlət Universiteti - Azərbaycan Dövlət İqtisad Universiteti 4:0, Azərbaycan Texniki Universiteti - Azərbaycan Memarlıq və İnşaat Universiteti heç-heçə başa çatıb. Liqanın B qrupunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Kooperasiya Universitetini 5:0, Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetini 3:0, Milli Aviasiya Akademiyası Bakı Slavyan Universitetini 8:0 hesabla məğlub edib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir. Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq.
03/03/2025 12:30
Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində bu ölkədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb. İstanbul Texniki Universitetində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və digər məsələlər barədə məlumat verib. Nazir bildirib ki, indi xaricdə doktorantura təhsili almaq istəyən gənclərimiz üçün yaxşı fürsətlər yaranıb. Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorant tələbələrin akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib. Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizin ali təhsil mühitinə töhfə verməyə çağırıb.
02/03/2025 11:00
Uşaq İncəsənət Festivalı – 2025 başlayır!
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 Azərbaycanın müxtəlif bölgələrindən olan, yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan bütün uşaqları peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştiraka dəvət edir. Festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunur. Festival zamanı iştirakçıların bacarıqları peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. 19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş), ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda istedadınızı nümayiş etdirərək festivalın parlayan ulduzuna çevrilmək fürsəti əldə edəcəksiniz. Nominasiyalar və festivalın keçirilmə qaydaları haqqında ətraflı məlumat üçün www.uif.az saytına daxil olub, ekranda görünən “Məlumat” bölməsindən faydalana bilərsiniz. Qeyd edək ki, festival boyunca iştirakçıların ruh yüksəkliyini qorumaq və artırmaq məqsədilə müxtəlif düşərgələr, master-klasslar, incəsənət xadimləri ilə görüşlər və bir-birindən maraqlı tədbirlər həyata keçiriləcək. Bu möhtəşəm və unudulmaz festival, hər bir istedadlı uşağa öz işığını parlatmaq, səhnədə yüksəlmək və böyük tamaşaçı auditoriyasının alqışlarını qazanmaq fürsəti verəcək. İştirak üçün qeydiyyat bu gündən etibarən mart ayının 31-dək www.uif.az saytı vasitəsilə aparılacaq. Əlavə məlumat üçün Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyinin (https://edu.gov.az) rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.
01/03/2025 18:50
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Türkiyə tərəfindən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Şərq Texnik Universiteti (ODTÜ) rektorlarının iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak etmək və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin rektorları ilə görüşmək məqsədilə İstanbul şəhərində səfərdədir. Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib. Nümayəndə heyəti səfər zamanı Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, o cümlədən Türkiyə Respublikasının Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İstanbul Texniki Universitetinin (İTÜ) rektoru Hasan Mandal ilə görüşüb. Görüş çərçivəsində sözügedən universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib. Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.
28/02/2025 18:01
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı