Sammit öz işini panel müzakirələrlə davam etdirir
Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” panel müzakirələri ilə işini davam etdirir.
Günün açılışında “Mərkəzi Asiya və Qafqaz universitetləri üçün “THE dayanıqlılıq təsir reytinqlərindən istifadə imkanları” mövzusunda təqdimat keçirilib.
Ardınca “Keyfiyyətin təminatı universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini necə gücləndirə bilər?” və “Avrasiya universitetlərinin iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzuları üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, sammitdə müxtəlif ölkələrdən gəlmiş beynəlxalq spikerlər çıxış edir, 35-ə yaxın ölkədən 300-dən çox iştirakçı müzakirələrdə təmsil olunur.
Tədbir gün ərzində digər sessiya və panellərlə davam edəcək.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
